Slovakiya və Azərbaycan iqtisadiyyat sahəsində böyük sənədlər paketi imzalayacaq Ümumi iqtisadi xəbərlər 06/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Slovakiya Prezidenti Peter Pelleqrininin Bakıya səfəri çərçivəsində Azərbaycan və Slovakiya iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş sənədlər paketi imzalamağı planlaşdırır. Bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Hazırda Slovakiya Prezidentinin rəsmi səfəri çərçivəsində də bir sıra layihələr nəzərdən keçirilir. Buna görə də məhz iqtisadi əməkdaşlıq üçün bir çox sənədlər imzalamağı planlaşdırırıq”, – səfir qeyd edib. Azərbaycan qazının tədarükü üzrə 10 illik müqaviləyə dair danışıqlar məsələsinə münasibət bildirən səfir qeyd edib ki, hazırda danışıqlar Slovakiyanın dövlət qaz şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında ekspertlər səviyyəsində aparılır. O həmçinin qeyd edib ki, birgə iri layihələrdən biri Slovakiya şirkətlərinin iştirakı ilə Qarabağda kəndin salınmasıdır: “Əlbəttə ki, müdafiə sənayesi sahəsində əməkdaşlığımız da genişlənir”. Xatırladaq ki, Slovakiya Prezidenti Peter Pelleqrini iyulda Azərbaycana səfər etməyi planlaşdırır. MənbəREPORT TaglarAzərbaycan-SlovakiyaElçin Qasımov Son xəbərlər Ölkə daxili Sabahın havası: Yağış yağacaq 06/06/2026 Digər xəbərlər Azərbaycanda ilk: Ağıllı su idarəetmə sistemi istifadəyə verildi 06/06/2026 Texnologiya xəbərləri “Instagram Plus” rəsmi olaraq istifadəyə verildi – Üstünlükləri 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycan makroiqtisadi disbalansların toplanmasının qarşısını ala bilər 06/06/2026 Digər xəbərlər Ölkə daxili Sabahın havası: Yağış yağacaq 06/06/2026 Digər xəbərlər Azərbaycanda ilk: Ağıllı su idarəetmə sistemi istifadəyə verildi 06/06/2026 Texnologiya xəbərləri “Instagram Plus” rəsmi olaraq istifadəyə verildi – Üstünlükləri 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycan makroiqtisadi disbalansların toplanmasının qarşısını ala bilər 06/06/2026