Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər Daşınmaz əmlak 06/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Bakının Baş Planına uyğun olaraq paytaxtın müxtəlif ərazilərində söküntü və yenidənqurma işləri davam etdirilir. Bu proses bəzi hallarda parkların, yaşıllıq zonalarının, sosial təyinatlı obyektlərin və yol infrastrukturunun yaradılması məqsədi daşıyır”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Deputat əlavə edib ki, digər ərazilərdə isə köhnə tikililərin yerində yeni yaşayış binaları inşa olunur: “Söküntü prosesləri zamanı vətəndaşların mənzil təminatı və kompensasiya məsələləri xüsusi aktuallıq kəsb edir. Bu məqsədlə kompensasiya mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim olunub. Təkliflərdən biri sahəsi kiçik olan mənzillər üçün fərqli yanaşmanın tətbiq edilməsidir. Xüsusilə sahəsi 30 kvadratmetrə qədər olan mənzillərin sahibləri üçün kompensasiya məbləğinin xüsusi əmsalla hesablanması təklif edilir. Çünki mövcud təcrübədə kiçik sahəli mənzillərə görə ödənilən kompensasiyalar bir çox hallarda həmin ərazidə və ya ona yaxın zonalarda yeni mənzil almaq üçün kifayət etmir. Xüsusi əmsalın tətbiqi isə bu kateqoriyadan olan vətəndaşların daha yüksək kompensasiya əldə etməsinə və mənzil problemini daha rahat həll etməsinə imkan yarada bilər”. MənbəBAKU.WS TaglarkompensasiyamənzilVüqar Bayramov Son xəbərlər Texnologiya xəbərləri “iPhone”da gizli funksiya aşkarlanıb 06/06/2026 Ümumi iqtisadi xəbərlər Slovakiya və Azərbaycan iqtisadiyyat sahəsində böyük sənədlər paketi imzalayacaq 06/06/2026 Ölkə daxili Sabahın havası: Yağış yağacaq 06/06/2026 Digər xəbərlər Azərbaycanda ilk: Ağıllı su idarəetmə sistemi istifadəyə verildi 06/06/2026 Digər xəbərlər Texnologiya xəbərləri “iPhone”da gizli funksiya aşkarlanıb 06/06/2026 Ümumi iqtisadi xəbərlər Slovakiya və Azərbaycan iqtisadiyyat sahəsində böyük sənədlər paketi imzalayacaq 06/06/2026 Ölkə daxili Sabahın havası: Yağış yağacaq 06/06/2026 Digər xəbərlər Azərbaycanda ilk: Ağıllı su idarəetmə sistemi istifadəyə verildi 06/06/2026