Sabahın havası açıqlanıb Ölkə daxili 07/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-19°, bəzi yerlərdə 21-26° isti olacaq. MənbəREPORT TaglarAzərbaycanda hava proqnozuMilli Hidrometeorologiya Xidməti Son xəbərlər Nəqliyyat ADY: Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir 07/06/2026 Ölkə xarici Paşinyan Bakıya gəlmək istəyir 07/06/2026 İdman “Forbes”: Ronaldo son 1 ildə dünyanın ən çox qazanan idmançısı olub 07/06/2026 Ölkə daxili Bakının mənzərəsini dəyişəcək yeni layihə 07/06/2026 Digər xəbərlər Nəqliyyat ADY: Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir 07/06/2026 Ölkə xarici Paşinyan Bakıya gəlmək istəyir 07/06/2026 İdman “Forbes”: Ronaldo son 1 ildə dünyanın ən çox qazanan idmançısı olub 07/06/2026 Ölkə daxili Bakının mənzərəsini dəyişəcək yeni layihə 07/06/2026