Ermənistanda parlament seçkiləri keçirilir Ölkə xarici 07/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Ermənistanda parlamentə seçkilər başlayıb. Yerli vaxtla saat 8:00-da ölkə üzrə 2500 seçki məntəqəsi açılıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Xaricdə seçki məntəqələri açıq deyil və Ermənistan vətəndaşları yalnız ölkə daxilində səs verə bilərlər. Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 16 partiya və iki blok qeydiyyatdan keçirib. Rəsmi məlumatlara görə, 2,5 milyon vətəndaş səs vermək hüququna malikdir. Seçkilər seçicilərin sayından asılı olmayaraq keçərli hesab olunacaq; yeni Seçki Məcəlləsi həddi müəyyən etmir. Vətəndaşlara hər biri üzərində partiyanın adı olan 18 bülleten verilir və onlar bunlardan birini seçib seçki qutusuna atmalıdırlar. Seçki məntəqələri saat 20:00-da bağlanacaq. Ermənistan Mərkəzi Seçki Komissiyası ilkin nəticələri ertəsi gün, yekun nəticələri isə yeddinci gündən gec olmayaraq açıqlayacaq. MənbəAPA TaglarErmənistanNikol PaşinyanParlament seçkiləri Son xəbərlər Nəqliyyat ADY: Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir 07/06/2026 Ölkə xarici Paşinyan Bakıya gəlmək istəyir 07/06/2026 Ölkə daxili Sabahın havası açıqlanıb 07/06/2026 İdman “Forbes”: Ronaldo son 1 ildə dünyanın ən çox qazanan idmançısı olub 07/06/2026 Digər xəbərlər Nəqliyyat ADY: Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir 07/06/2026 Ölkə xarici Paşinyan Bakıya gəlmək istəyir 07/06/2026 Ölkə daxili Sabahın havası açıqlanıb 07/06/2026 İdman “Forbes”: Ronaldo son 1 ildə dünyanın ən çox qazanan idmançısı olub 07/06/2026