Fransa və Kipr adada qoşun yerləşdirilməsi haqqında saziş imzalayıb Ölkə xarici 08/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Fransa iyunun 8-də silahlı qüvvələrin statusu haqqında saziş imzalandıqdan sonra Kiprdə hərbi qüvvələr yerləşdirə biləcək. Bu barədə Kipr hökumətindəki yüksək vəzifəli mənbələrə istinadən “Politico” məlumat yayıb. Nəşrin məlumatına görə, sənəd Avropa İttifaqı Xarici Əlaqələr Şurasının müdafiə formatında keçirilən qeyri-rəsmi iclası çərçivəsində Nikosiyada Fransanın silahlı qüvvələr naziri Catherine Vautrin və Kiprin müdafiə naziri Vasilis Palmas tərəfindən imzalanacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Kipr Prezidenti Nikos Xristodulidis izah edib ki, saziş genişləndirilmiş əməkdaşlıq çərçivəsində Fransız qoşunlarının Kipr ərazisində yalnız humanitar məqsədlərlə mövcudluğunu nəzərdə tutur. Sazişə adanın şimalındakı türk tərəfinin administrasiyası etiraz edib. Onların fikrincə, Fransa qoşunlarının adada yerləşdirilməsi kiprli türklərin hüquqlarını pozacaq, qüvvələr balansını dəyişəcək və gərginliyi artıracaq. Həmçinin vurğulanıb ki, Kipr Respublikası bütün ada adından bu cür sazişlər imzalamaq səlahiyyətinə malik deyil. Kipr 1974-cü ildən bəri yunan və türk hissələrinə bölünüb. Kipr Respublikası adadakı yeganə suveren hakimiyyət kimi tanınır və Avropa İttifaqının üzvüdür. Türkyənin Şimali Kipr Respublikası isə yalnız Türkiyə tərəfindən tanınır. TaglarFransaKipr Son xəbərlər Analitika Trampın borc imperiyası 08/06/2026 Ölkə xarici İran Hörmüz boğazından keçən hər gəmidən $2 milyona qədər rüsum alır 08/06/2026 Ümumi iqtisadi xəbərlər Xocalıda 72 yaşayış evinin təmirinə 4.8 milyon manata yaxın vəsait ayrılır 08/06/2026 Ölkə xarici Tramp ABŞ-nin süni intellekt şirkətlərində pay almaq istəyir 08/06/2026 Digər xəbərlər Analitika Trampın borc imperiyası 08/06/2026 Ölkə xarici İran Hörmüz boğazından keçən hər gəmidən $2 milyona qədər rüsum alır 08/06/2026 Ümumi iqtisadi xəbərlər Xocalıda 72 yaşayış evinin təmirinə 4.8 milyon manata yaxın vəsait ayrılır 08/06/2026 Ölkə xarici Tramp ABŞ-nin süni intellekt şirkətlərində pay almaq istəyir 08/06/2026