Yaxın Şərqdə gərginliyin yenidən artması ilə neft 4 dollardan çox bahalaşıb Əsas məlumatlarNeft və Qaz 08/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İsrailin bir gün əvvəl Livana qarşı yenidən hava zərbələri endirməsi, daha sonra isə İranda partlayış səslərinin eşidilməsi ardından Brent markalı neftin qiyməti bazar ertəsi bir barel üçün 4 dollardan çox artaraq yüksəlib. Bakı vaxtı ilə saat 08:50-ə olan məlumata görə, Brent markalı neft fyuçersləri 4 dollar və ya 4.36% bahalaşaraq 97.32 dollara, ABŞ-ın WTI markalı neft fyuçersləri isə 2.87 dollar və ya 3.17% artaraq 93.41 dollara yüksəlib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yerli KİV-in məlumatına görə, bazar ertəsi səhər saatlarında Tehran, Təbriz və İsfahanda partlayış səsləri eşidilib. Bu hadisələr regiondakı müharibənin yaxın zamanda başa çatacağına və Hörmüz boğazı vasitəsilə neft tədarükünün bərpa olunacağına dair ümidləri azaldıb. Beləliklə, qiymətlər cümə günü qeydə alınmış itkiləri tamamilə kompensasiya edib. Həmin gün ABŞ və İran arasında gərginliyin azalacağına dair ümidlər fonunda neft ucuzlaşmışdı. Mart ayından bəri isə neft qiymətləri 50%-dən çox artıb. İran bazar günü İsrail hədəflərinə raket zərbələri endirsə də, ABŞ Prezidenti Tramp regiondakı müharibəni dayandıracaq razılaşmanın hələ də mümkün olduğunu bildirib. Məlumatlara görə, Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya yeni hücumlardan çəkinməyi tövsiyə edib. “Bu, razılaşmaya təsir etməyəcək. Qərarları mən verirəm. Bütün qərarları mən verirəm. O vermir”, – Tramp “Financial Times” qəzetinə deyib. İran Vaşinqtonla sülh sazişinin bağlanması üçün Livanda atəşkəsin təmin olunmasını əsas şərt kimi irəli sürüb. İsrail mart ayında İranın dəstəklədiyi Hizbullahın raket və pilotsuz uçuş aparatları ilə hücumlarından sonra Livana müdaxilə etmişdi. İyunun 3-də isə Livan və İsrail Vaşinqtonda aparılan danışıqlardan sonra atəşkəs barədə razılığa gəldiklərini açıqlamışdılar. ABŞ və İsrailin aprel ayının əvvəlində İrana qarşı hücumları dayandırmasından sonra regiondakı müharibə faktiki olaraq dalana dirənib. Tehran dünya neftinin təxminən beşdə birinin daşındığı əsas marşrut olan Hörmüz boğazında gəmiçilik fəaliyyətinin böyük hissəsini məhdudlaşdırıb. Vaşinqton isə İran limanlarına qarşı öz blokadasını tətbiq edib. Yaranmış təklif böhranı fonunda OPEC+ bazar günü son dörd ayda dördüncü dəfə hasilat artımına razılıq verib. Lakin analitiklər hesab edirlər ki, Hörmüz boğazındakı məhdudiyyətlər və Rusiyada enerji infrastrukturuna hücumlar səbəbindən əksər üzvlərin hasilat kvotalarını yerinə yetirə bilməməsi bu qərarın bazara təsirini minimuma endirəcək. Taglarbrentneft Son xəbərlər İnvestisiya Qızılın qiyməti martın 23-dən bəri ilk dəfə 4 300 dollardan aşağı düşüb 08/06/2026 Ölkə xarici Fransa və Kipr adada qoşun yerləşdirilməsi haqqında saziş imzalayıb 08/06/2026 Analitika Trampın borc imperiyası 08/06/2026 Ölkə xarici İran Hörmüz boğazından keçən hər gəmidən $2 milyona qədər rüsum alır 08/06/2026 Digər xəbərlər İnvestisiya Qızılın qiyməti martın 23-dən bəri ilk dəfə 4 300 dollardan aşağı düşüb 08/06/2026 Ölkə xarici Fransa və Kipr adada qoşun yerləşdirilməsi haqqında saziş imzalayıb 08/06/2026 Analitika Trampın borc imperiyası 08/06/2026 Ölkə xarici İran Hörmüz boğazından keçən hər gəmidən $2 milyona qədər rüsum alır 08/06/2026