AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda Telekommunikasiya 08/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib. Dövlət və özəl sektor nümayəndələri, ekspertlər və texnologiya şirkətləri təmsilçilərini bir araya gətirən forum çərçivəsində ölkənin kibertəhlükəsizlik ekosistemi, kritik informasiya təhlükəsizliyi mövzularında müzakirələr aparılıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “AzInTelecom” tədbirdə stendlə çıxış edib. Stenddə iştirakçılara şirkətin təqdim etdiyi rəqəmsal həllər və xidmətlər barədə ətraflı məlumat verilib. Panel sessiyaları çərçivəsində şirkətin Kibertəhlükəsizlik şöbəsinin müdiri Elşən İsmayılov “Rəqəmsal transformasiyada kiberçağırışlar” mövzusunda təqdimatla çıxış edərək süni intellekt texnologiyalarının sürətli inkişafının kibertəhlükəsizlik mühitinə göstərdiyi birbaşa təsirlərdən danışıb. O, eyni zamanda “AzInTelecom” tərəfindən yaradılmış supekompüter infrastrukturu, həmçinin şirkətin 24/7 rejimdə fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyəti haqqında iştirakçılara məlumat verib. “AzInTelecom”un tədbirdə iştirakının əsas məqsədi şirkətin rəqəmsal transformasiya və kibertəhlükəsizlik üzrə fəaliyyət istiqamətlərini təqdim etmək və potensial əməkdaşlıq istiqamətlərini müzakirə etmək olub. “AzInTelecom” haqqında “AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC bulud həlləri, rəqəmsal identifikasiya və kiberbəhlükəsizlik sahəsində ixtisaslaşmış texnologiya şirkətidir. 2015-ci ildən fəaliyyət göstərən şirkət “Hökumət buludu” və SİMA rəqəmsal imza kimi ölkəmiqyaslı layihələrin provayderidir. TaglarAzInTelecom Son xəbərlər İnvestisiya Honkonq birjasının indeksi İran ətrafında gərginliyin artması fonunda 300 bənddən çox geriləyib 08/06/2026 Nəqliyyat Bu qatar biletlərinə 10 faiz endirim tətbiq olunacaq 08/06/2026 Nəqliyyat Təbriz küçəsində yol infrastrukturu yenilənir – FOTO 08/06/2026 Bank xəbərləri Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib 08/06/2026 Digər xəbərlər İnvestisiya Honkonq birjasının indeksi İran ətrafında gərginliyin artması fonunda 300 bənddən çox geriləyib 08/06/2026 Nəqliyyat Bu qatar biletlərinə 10 faiz endirim tətbiq olunacaq 08/06/2026 Nəqliyyat Təbriz küçəsində yol infrastrukturu yenilənir – FOTO 08/06/2026 Bank xəbərləri Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib 08/06/2026