“Unibank”ın son bir ildə mikro kredit portfeli 50% artıb, portfelin keyfiyyəti yaxşılaşıb Bank xəbərləri 08/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Unibank” ASC 2025-ci ildə mikro kredit portfeli illik müqayisədə 49.8% və ya 107.45 mln. manat artaraq 323.09 mln. manata çatdırıb. Banker.az bunu bankın kənar auditin verdiyi rəyə istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Artım əsasən yeni verilmiş kreditlər hesabına formalaşıb. İl ərzində mikro kreditlər üzrə 264.25 mln. manat yeni kredit verilib ki, bu da əvvəlki ilin 175.97 mln. manat göstəricisindən 50.2% çoxdur. Mikro kreditlərdə ən böyük pay ticarət və xidmət sektoruna yönəldib. Bu istiqamət üzrə kreditlər 84.8% artaraq 166.68 mln. manata yüksəlib və ümumi kredit portfelinin 12.52%-ni təşkil edib. Kənd təsərrüfatına verilmiş mikro kreditlər isə 20.5% artaraq 134.72 mln. manata çatıb. Əlavə olaraq bankın mikro kredit portfelində sağlam kreditlərin payı artıb. 2025-ci ilin sonunda birinci mərhələdə (ödəmə problemi olmayan kreditlər) olan kreditlərin həcmi 313.94 mln. manat təşkil edib ki, bu da ümumi mikro kredit portfelinin 97.2%-nə bərabərdir. Bir il əvvəl bu göstərici 95.7% idi. Problemli kreditləri əhatə edən üçüncü mərhələnin payı isə 2.8%-dən 1.7%-ə enib. Mikro kreditlər üzrə mümkün zərərlər üçün yaradılmış ehtiyatlar 4.68 mln. manatdan 7.5 mln. manata yüksəlib. Bununla belə, ehtiyatların portfelə nisbəti 2.17%-dən 2.32%-ə yüksəlsə də, üçüncü mərhələ kreditlərinin həcminin azalması portfel keyfiyyətinin yaxşılaşdığını göstərir. İl ərzində 5.04 mln. manat problemli kredit silinib, eyni zamanda əvvəllər silinmiş kreditlər üzrə 90 min manat bərpa olunub. “Unibank”ın mikro kredit məhsulu kiçik sahibkarların biznes fəaliyyətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Kreditlərin maksimal məbləği 200 min manat, müddəti isə 48 aya qədərdir. Məhsul üzrə illik faiz dərəcələri 8.10%-dən başlayır. TaglarmikrokreditUnibank Son xəbərlər Ümumi iqtisadi xəbərlər Şuşada 14 yeni bina ucalacaq: Layihələrin ümumi dəyəri 37 milyon manatdan çoxdur 08/06/2026 İnvestisiya Honkonq birjasının indeksi İran ətrafında gərginliyin artması fonunda 300 bənddən çox geriləyib 08/06/2026 Nəqliyyat Bu qatar biletlərinə 10 faiz endirim tətbiq olunacaq 08/06/2026 Telekommunikasiya AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda 08/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Şuşada 14 yeni bina ucalacaq: Layihələrin ümumi dəyəri 37 milyon manatdan çoxdur 08/06/2026 İnvestisiya Honkonq birjasının indeksi İran ətrafında gərginliyin artması fonunda 300 bənddən çox geriləyib 08/06/2026 Nəqliyyat Bu qatar biletlərinə 10 faiz endirim tətbiq olunacaq 08/06/2026 Telekommunikasiya AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda 08/06/2026