Honkonq birjasının indeksi İran ətrafında gərginliyin artması fonunda 300 bənddən çox geriləyib İnvestisiya 08/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İran ətrafında vəziyyətin növbəti dəfə gərginləşməsi fonunda Honkonq Fond Birjasında səhmlərin qiymətləri eniş nümayiş etdirib. Birjanın əsas göstəricisi olan Hang Seng indeksi ticarətin sonunda 304,89 bənd və ya 1,22% azalaraq 24 657,06 bəndə düşüb. Bu, martın 30-dan bəri qeydə alınan ən aşağı göstəricidir. Digər indekslər də mənfi dinamika göstərib. Materik Çinin Honkonqda listinq olunan şirkətlərinin səhmlərinin ümumi performansını əks etdirən Hang Seng China Enterprises Index 95,27 bənd (1,13%) azalaraq 8 341,36 bəndə enib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ən böyük faiz itkisi isə 30 ən iri texnologiya şirkətinin səhmlərini izləyən Hang Seng Tech indeksində qeydə alınıb. İndeks 132,48 bənd və ya 2,71% azalaraq 4 755,91 bənd səviyyəsinə düşüb. Honkonq birjasına yaxın mənbənin sözlərinə görə, investorlar İranla bağlı son xəbərlər fonunda narahatlıq keçirirlər. “İnvestorlar bu gün İranla bağlı məlumatları diqqətlə izləyirlər və Yaxın Şərqdən gələn xəbərlər ənənəvi olaraq fond bazarındakı əhval-ruhiyyəyə təsir göstərir”, – deyə agentliyin həmsöhbəti bildirib. TaglarHonkonqİran Son xəbərlər Bank xəbərləri Azər Türk Bank və Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb 08/06/2026 Ümumi iqtisadi xəbərlər Şuşada 14 yeni bina ucalacaq: Layihələrin ümumi dəyəri 37 milyon manatdan çoxdur 08/06/2026 Nəqliyyat Bu qatar biletlərinə 10 faiz endirim tətbiq olunacaq 08/06/2026 Telekommunikasiya AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda 08/06/2026 Digər xəbərlər Bank xəbərləri Azər Türk Bank və Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb 08/06/2026 Ümumi iqtisadi xəbərlər Şuşada 14 yeni bina ucalacaq: Layihələrin ümumi dəyəri 37 milyon manatdan çoxdur 08/06/2026 Nəqliyyat Bu qatar biletlərinə 10 faiz endirim tətbiq olunacaq 08/06/2026 Telekommunikasiya AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda 08/06/2026