Azər Türk Bank və Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb Bank xəbərləri 08/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Dövlət bankı Azər Türk Bank (ATB) və ölkənin nüfuzlu ali təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbi (BANM) arasında Anlaşma Memorandumu imzalanıb. Qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən Memorandum Bankın nümayəndələri və ali təhsil ocağının struktur bölmə rəhbərlərinin iştirakı ilə Azər Türk Bankın İdarə Heyətinin sədri Günel Nəbiyeva və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tərəfindən imzalanıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Əməkdaşlıq çərçivəsində elm və təhsilin istehsalatla inteqrasiyasını təmin etmək, məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi, innovativ həllərin birgə araşdırılması, BANM tələbələrinin ATB-də iş təcrübəsinin təşkil edilməsi nəzərdə tutulub. Eləcə də yüksək bilik və bacarığı ilə fərqlənən BANM məzunlarının işlə təmin edilməsi imkanları da sənəddə öz əksini tapıb. Qeyd edək ki, Azər Türk Bank özünün fəaliyyəti dövründə hər zaman təhsilə və gənclərin inkişafına dəstək olmuş, tələbələrin təlim nailiyyətlərinin yüksəldilməsini stimullaşdırmaq və dəstəkləmək məqsədilə əhəmiyyətli layihələr həyata keçirmişdir. 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə (51%-i SOCAR-da olmaqla) məxsusdur. TaglarAzər Türk BankBakı Ali Neft Məktəbi Son xəbərlər Ölkə xarici Aİ Ukraynaya €2,8 milyard ayırıb 08/06/2026 Nəqliyyat Aviaşirkətlər İran müharibəsi səbəbindən 100 mlrd. dollara yaxın itki ilə üzləşəcək 08/06/2026 Ümumi iqtisadi xəbərlər Şuşada 14 yeni bina ucalacaq: Layihələrin ümumi dəyəri 37 milyon manatdan çoxdur 08/06/2026 İnvestisiya Honkonq birjasının indeksi İran ətrafında gərginliyin artması fonunda 300 bənddən çox geriləyib 08/06/2026 Digər xəbərlər Ölkə xarici Aİ Ukraynaya €2,8 milyard ayırıb 08/06/2026 Nəqliyyat Aviaşirkətlər İran müharibəsi səbəbindən 100 mlrd. dollara yaxın itki ilə üzləşəcək 08/06/2026 Ümumi iqtisadi xəbərlər Şuşada 14 yeni bina ucalacaq: Layihələrin ümumi dəyəri 37 milyon manatdan çoxdur 08/06/2026 İnvestisiya Honkonq birjasının indeksi İran ətrafında gərginliyin artması fonunda 300 bənddən çox geriləyib 08/06/2026