Şuşada 14 yeni bina ucalacaq: Layihələrin ümumi dəyəri 37 milyon manatdan çoxdur Ümumi iqtisadi xəbərlər 08/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi tərəfindən Şuşa şəhərində iri həcmli tikinti işləri üzrə iki satınalma müqaviləsi bağlanıb. Banker.az xəbər verir ki, layihələr “Diler İnşaat” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Birinci layihə D-5 massivində 2-ci mərhələ üzrə 8 ədəd 4 mərtəbəli yaşayış binasının (9–16 nömrəli binalar) tikintisini əhatə edir. Bu binalarda xidmətedici və yardımçı təyinatlı obyektlər, eləcə də abadlıq işləri nəzərdə tutulur. Layihənin dəyəri 24 milyon 76 min manat təşkil edir. İkinci layihə isə D-5 massivində 1-ci mərhələ üzrə 6 ədəd 4 mərtəbəli yaşayış binasının (1–6 nömrəli binalar) tikintisini əhatə edir. Bu işlərin dəyəri 12 milyon 984 min manatdır. Beləliklə, Şuşada həyata keçiriləcək iki yaşayış kompleksi layihəsinin ümumi dəyəri 37 milyon 61 min manat təşkil edir. TaglarbinaŞuşa Son xəbərlər Ölkə xarici Aİ Ukraynaya €2,8 milyard ayırıb 08/06/2026 Nəqliyyat Aviaşirkətlər İran müharibəsi səbəbindən 100 mlrd. dollara yaxın itki ilə üzləşəcək 08/06/2026 Bank xəbərləri Azər Türk Bank və Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb 08/06/2026 İnvestisiya Honkonq birjasının indeksi İran ətrafında gərginliyin artması fonunda 300 bənddən çox geriləyib 08/06/2026 Digər xəbərlər Ölkə xarici Aİ Ukraynaya €2,8 milyard ayırıb 08/06/2026 Nəqliyyat Aviaşirkətlər İran müharibəsi səbəbindən 100 mlrd. dollara yaxın itki ilə üzləşəcək 08/06/2026 Bank xəbərləri Azər Türk Bank və Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb 08/06/2026 İnvestisiya Honkonq birjasının indeksi İran ətrafında gərginliyin artması fonunda 300 bənddən çox geriləyib 08/06/2026