XİN başçısı Azərbaycan vətəndaşlarına çağırış edib Ölkə daxili 08/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Biz bu gün Rusiya-Ukrayna müharibəsinin coğrafiyasının genişlənməsinə şahid oluruq. Xüsusi ilə Qara dəniz hövzəsində bu, özünü çox açıq şəkildə göstərir və bunun faciəli təsirlərini biz demək olar ki, hər gün izləyirik”. Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Üç gün bundan əvvəl iki gəmiyə edilən dron hücumu nəticəsində 4 nəfər Azərbaycan vətəndaşı həlak olub, 4 nəfər vətəndaş isə yaralanıb. Ancaq bu savaş davam etdikcə, təbii ki, belə hallardan heç kim sığortalanmayıb. Belə hərbi münaqişələrin dayandırılması çox önəmlidir”, – deyə nazir vurğulayıb. Azərbaycanın baş diplomatı xaricdə yaşayan ölkə vətəndaşlarına çağırış da edib: “İndiki mərhələdə həm Azərbaycan vətəndaşlarına, həm də digər qardaş, dost ölkə vətəndaşlarına müraicət edirəm ki, hərbi münaqişə zonalarından uzaq dursunlar, təhlükəsizlik tədbirlərinə ciddi riayət etsinlər, özlərini risk altına atmasınlar”. MənbəOXU.AZ TaglarCeyhun Bayramov Son xəbərlər Nəqliyyat İranda bütün uçuşlar ləğv edilib 08/06/2026 Bank xəbərləri Qızıl kreditini bu banka gətirənlərə endirim var 08/06/2026 Bank xəbərləri AccessBank QSC Taksi xidməti tenderi elan edir 08/06/2026 Aqrarbiznes Azərbaycanda bağçılıq subsidiyası veriləcək 08/06/2026 Digər xəbərlər Nəqliyyat İranda bütün uçuşlar ləğv edilib 08/06/2026 Bank xəbərləri Qızıl kreditini bu banka gətirənlərə endirim var 08/06/2026 Bank xəbərləri AccessBank QSC Taksi xidməti tenderi elan edir 08/06/2026 Aqrarbiznes Azərbaycanda bağçılıq subsidiyası veriləcək 08/06/2026