Azərbaycanda bu müəssisələr güzəştli kredit ala biləcəklər Ölkə daxili 08/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib. Banker.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Fərmana əsasən, Azərbaycanda balıqçılıq müəssisələri də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə güzəştli kredit ala biləcəklər. Bunun üçün Agentliyin vəsaitindən istifadə qaydası dəyişdirilib. Belə ki, bundan sonra Agentliyin vəsaiti kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarına, balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlıqlara, suvarma sistemləri dəstlərinə və avadanlıqlarına, habelə damazlıq heyvanlara verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldiləcək. TaglarAqrar Kredit və İnkişaf Agentliyigüzəştli kreditKənd Təsərrüfatı Nazirliyi Son xəbərlər Nəqliyyat İranda bütün uçuşlar ləğv edilib 08/06/2026 Bank xəbərləri Qızıl kreditini bu banka gətirənlərə endirim var 08/06/2026 Ölkə daxili XİN başçısı Azərbaycan vətəndaşlarına çağırış edib 08/06/2026 Bank xəbərləri AccessBank QSC Taksi xidməti tenderi elan edir 08/06/2026 Digər xəbərlər Nəqliyyat İranda bütün uçuşlar ləğv edilib 08/06/2026 Bank xəbərləri Qızıl kreditini bu banka gətirənlərə endirim var 08/06/2026 Ölkə daxili XİN başçısı Azərbaycan vətəndaşlarına çağırış edib 08/06/2026 Bank xəbərləri AccessBank QSC Taksi xidməti tenderi elan edir 08/06/2026