Azərbaycan Rusiyada aqropark yaradacaq Ölkə xarici 08/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonunda aqropark yaradacaq. Banker.az xəbər verir ki, bununla bağlı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu – 2026 çərçivəsində Azərbaycanın İSFA şirkəti ilə Dağıstanın RBR MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Müqaviləni İSFA MMC-nin direktoru Samir Xeyirbəyov və RBR MMC-nin baş direktoru Ruslan Gereyev imzalayıblar. İmzalanma mərasimində Dağıstanın rəhbəri vəzifəsini icra edən Fyodor Şukin, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və s. rəsmi şəxslər iştirak ediblər. Məlumata əsasən, bu müqavilənin ümumi dəyəri 3,4 milyon manatdan çoxdur. Sənədə əsasən, Azərbaycan şirkəti Dərbənd rayonunda yerləşən Vəlikənd ərazisində yaradılacaq aqroparkın 300 hektarında zeytun bağı, 20 hektarında tingçilik sahəsi, 40 hektarında müxtəlif növ meyvə ağaclarından ibarət nümayiş bağı, 10 hektarında isə damazlıq bağı və aqro turizm zonası quracaq. Layihə çərçivəsində yaradılacaq aqroparkda istifadə ediləcək meyvə ağacları və tinglər İSFA MMC-nin Yevlax Pilot Aqroparkda yerləşən təsərrüfatında yetişdiriləcək. Bundan başqa, növbəti mərhələdə Dərbənd rayonundakı aqroparkın ərazisində zeytun yağı zavodunun da qurulması nəzərdə tutulur. Son xəbərlər Nəqliyyat İranda bütün uçuşlar ləğv edilib 08/06/2026 Bank xəbərləri Qızıl kreditini bu banka gətirənlərə endirim var 08/06/2026 Ölkə daxili XİN başçısı Azərbaycan vətəndaşlarına çağırış edib 08/06/2026 Bank xəbərləri AccessBank QSC Taksi xidməti tenderi elan edir 08/06/2026 Digər xəbərlər Nəqliyyat İranda bütün uçuşlar ləğv edilib 08/06/2026 Bank xəbərləri Qızıl kreditini bu banka gətirənlərə endirim var 08/06/2026 Ölkə daxili XİN başçısı Azərbaycan vətəndaşlarına çağırış edib 08/06/2026 Bank xəbərləri AccessBank QSC Taksi xidməti tenderi elan edir 08/06/2026