“Strategy” daha 101 milyon dollarlıq bitkoin alıb Kripto valyutalar 08/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Strategy” şirkəti təsisçisi Maykl Saylorun rəhbərliyi altında, 1-7 iyun tarixləri arasında orta hesabla hər biri 65 332 dollara olmaqla 1 550 bitkoin alıb. Alışın ümumi dəyəri 101,3 milyon dollar təşkil edib. İyunun 7-nə olan məlumata görə, “Strategy”nin balansında 845 256 BTC var ki, bu da bitkoinin ümumi emissiyasının təxminən 4%-nə bərabərdir. Şirkət 2020-ci ildən bəri bu aktivlərin alınmasına ümumilikdə 63,97 milyard dollar xərcləyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şirkətin bir bitkoin üzrə orta alış qiyməti 75 680 dollar təşkil edir. ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyasına təqdim olunan hesabatlara əsasən, son bitkoin alışı tam şəkildə MSTR adi səhmlərinin emissiyası hesabına maliyyələşdirilib. Bununla yanaşı, şirkət dollar ehtiyatlarının həcmini 900 milyon dollardan 1 milyard dollara yüksəldib. Sənədlərdə bitkoin satışları ilə bağlı hər hansı yeni məlumat yer almayıb. TaglarBitkoinStrategy Son xəbərlər Nəqliyyat İranda bütün uçuşlar ləğv edilib 08/06/2026 Bank xəbərləri Qızıl kreditini bu banka gətirənlərə endirim var 08/06/2026 Ölkə daxili XİN başçısı Azərbaycan vətəndaşlarına çağırış edib 08/06/2026 Bank xəbərləri AccessBank QSC Taksi xidməti tenderi elan edir 08/06/2026 Digər xəbərlər Nəqliyyat İranda bütün uçuşlar ləğv edilib 08/06/2026 Bank xəbərləri Qızıl kreditini bu banka gətirənlərə endirim var 08/06/2026 Ölkə daxili XİN başçısı Azərbaycan vətəndaşlarına çağırış edib 08/06/2026 Bank xəbərləri AccessBank QSC Taksi xidməti tenderi elan edir 08/06/2026