“Nərimanov” metrosunun ətrafı tam dəyişdirilir – Fotolar Ölkə daxili 08/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, aparılan təhlillərə əsasən, Təbriz küçəsində piyadaların hərəkətinə mane olan bir sıra çatışmazlıqlar müəyyən edilib. Küçənin bir çox hissəsində səkilərin dar olması, nizamlanan piyada keçidlərinin olmaması piyadaların hərəkətini çətinləşdirir. Yol hərəkətinin təşkili baxımından dönmə və tranzit axınları arasında yaranan münaqişələr küçənin buraxıcılıq qabiliyyətini azaldır, nəqliyyatın və piyadaların hərəkətinə mənfi təsir göstərir. Küçədə mikromobillik vasitələrinin hərəkəti üçün infrastruktur da mövcud deyil. İctimai nəqliyyatdan istifadə edən sərnişinlər də bir sıra çətinliklərlə üzləşir. Dayanacaq məntəqələrinin yerləşdiyi ərazilərdə səkilərin dar olması, infrastrukturun zəif təchiz edilməsi və bəzi dayanacaqların qeyri-optimal yerləşməsi mövcud vəziyyəti mürəkkəbləşdirir. Mövcud çatışmazlıqları aradan qaldırılmaq məqsədilə Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Təbriz küçəsində piyada və ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edilib. Layihə çərçivəsində metronun “Nəriman Nərimanov” stansiyasının ətrafında piyada və nəqliyyat axını nəzərə alınaraq avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq. Küçənin xiyaban tipli səki hissəsində piyada axınlarının daha rahat idarə olunması, səkinin genişləndirilməsi ilə hərəkət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbir görüləcək. Bakı Konqres Mərkəzinin yaxınlığında təhlükəsiz piyada keçidləri, ağaclardan ibarət bufer zolağı və parklanma sahəsi təşkil ediləcək. MənbəBAKU.WS TaglarAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)Nərimanov metrosu Son xəbərlər Turizm Gürcüstanın turizm gəlirləri azalıb 08/06/2026 Texnologiya xəbərləri Azərbaycanda məktəblərdə “TikTok”a giriş bloklanıb 08/06/2026 Dövlət büdcəsi Sabah Milli Məclisdə büdcənin icrası müzakirə olunacaq 08/06/2026 Xarici biznes xəbərləri Azərbaycanlı iş adamı 1 həftəyə 200 milyon dollar itirdi 08/06/2026 Digər xəbərlər Turizm Gürcüstanın turizm gəlirləri azalıb 08/06/2026 Texnologiya xəbərləri Azərbaycanda məktəblərdə “TikTok”a giriş bloklanıb 08/06/2026 Dövlət büdcəsi Sabah Milli Məclisdə büdcənin icrası müzakirə olunacaq 08/06/2026 Xarici biznes xəbərləri Azərbaycanlı iş adamı 1 həftəyə 200 milyon dollar itirdi 08/06/2026