Hesablama Palatası dövlət əmlakının sığortalanmasındakı nöqsanları açıqlayıb Sığorta xəbərləri 09/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Bəzi hallarda sığorta təminatına daxil olan iddialar üzrə hadisələrin baş verməsindən uzun müddət keçməsinə baxmayaraq, sığorta şirkətləri öhdəliklərin icrasını və ödənişlərin rəsmiləşməsini gecikdirib və yaxud tam təmin etməyib. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, dövlətə məxsus əmlak və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı xərclər hesabat ilində 24,5 milyon manat vəsait icra edilib: “Əvvəlki ildə bu istiqamətdə analitik fəaliyyət aparmışıq. Eyni zamanda, hesabat üzrə bu məsələ kənar dövlət maliyyə nəzarəti tədbiri çərçivəsində diqqətdə saxlayacağıq. Təhlillər göstərir ki, bu bölüşdürülməmiş xərc istiqaməti ilə yanaşı, qurumların smetasında da müvafiq məqsədə vəsait nəzərdə tutulur və icra edilir. Bu sahə üzrə dövlət auditinin bəzi nəticələrini diqqətə çatdırmaq istərdim. “İcbari sığorta haqqında” qanunun tələbləri pozularaq, təhlil edilən dövlət qurumlarının balansındakı bütün daşınmaz əmlakın sığorta müdafiəsi tam təmin olunmayıb. Sığortalanma prosesi risk amilinə görə deyil, yalnız ayrılmış büdcə vəsaitinin limitinə uyğun icra edilib. Müqavilələr üzrə sığorta hadisələrinin əksəriyyətində kompensasiya mexanizmləri işləməyib. Bəzi hallarda sığorta təminatına daxil olan iddialar üzrə hadisələrin baş verməsinə uzun müddət keçməsinə baxmayaraq, öhdəliklərin icrası və ödənişlərin rəsmiləşməsi gecikmiş və yaxud tam təmin olunmayıb. Bəzi hallarda sığortalanmış əmlaka dəymiş ziyan üzrə büdcədən təkrar xərclər aparılıb. Qeyd olunanları nəzərə alaraq, sığorta risklərinin effektiv idarə olunması üzrə mexanizmlərin gücləndirilməsini və bu xərclərə nəzarətin artırılmasını tövsiyə edərdik”. MənbəReport Taglardövlət əmlakının sığortalanmasıHesablama Palatası Son xəbərlər Nəqliyyat “BakuBus” ötən il büdcədən 100 milyon manat alıb 09/06/2026 Bank xəbərləri PAŞA Bank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026″nin sponsorudur 09/06/2026 Bank xəbərləri Zakir Nuriyev: “Kartlar üzrə komissiyalarının azaldılması zəruridir” 09/06/2026 Daşınmaz əmlak Bu torpaqlar xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilə biləcək 09/06/2026 Digər xəbərlər Nəqliyyat “BakuBus” ötən il büdcədən 100 milyon manat alıb 09/06/2026 Bank xəbərləri PAŞA Bank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026″nin sponsorudur 09/06/2026 Bank xəbərləri Zakir Nuriyev: “Kartlar üzrə komissiyalarının azaldılması zəruridir” 09/06/2026 Daşınmaz əmlak Bu torpaqlar xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilə biləcək 09/06/2026