PAŞA Bank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026″nin sponsorudur Bank xəbərləri 09/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®PAŞA Bank bu gün Bakıda start götürən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”-nin sponsorları sırasında yer alır. 9-10 iyun tarixlərində keçirilən sammit bankçılıq və maliyyə sektorunun aparıcı nümayəndələrini, bank rəhbərlərini, tənzimləyici qurumları, FinTech şirkətlərini, startapları, investisiya və inkişaf institutlarını, eləcə də beynəlxalq təşkilatları və sənaye ekspertlərini bir araya gətirir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Regionun maliyyə sistemlərinin qlobal maliyyə arxitekturasına inteqrasiyasını sürətləndirməyə yönəlmiş strateji platforma kimi çıxış edən bu sammit müxbir bankçılıq əlaqələrinin gücləndirilməsi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi kimi prioritet məsələləri əhatə edir. Müzakirələr 2026-cı il üçün qlobal maliyyə sektorunda formalaşan əsas trendlərə fokuslanaraq dayanıqlı və rəqabətqabiliyyətli maliyyə ekosisteminin formalaşdırılmasını hədəfləyir. Panel sessiyalar və B2B görüşlər vasitəsilə iştirakçılara strateji dialoq və əməkdaşlıq üçün geniş imkanlar təqdim edilir. Sammit çərçivəsində keçiriləcək “Effektiv komplayens ekosistemlərinin qurulması: qlobal trendlər və regional baxışlar” adlı paneldə PAŞA Bankın AML və Monitorinq şöbəsinin rəhbəri Şahin Heydərov moderator qismində çıxış edəcək. Paneldə AML/CFT standartlarının inkişafı, komplayens çərçivələrinin təkmilləşdirilməsi və maliyyə sektorunda risklərin idarə olunmasına dair qlobal və regional yanaşmalar müzakirə olunacaq. TaglarBeynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026PAŞA Banksponsor Son xəbərlər Nəqliyyat “BakuBus” ötən il büdcədən 100 milyon manat alıb 09/06/2026 Sığorta xəbərləri Hesablama Palatası dövlət əmlakının sığortalanmasındakı nöqsanları açıqlayıb 09/06/2026 Bank xəbərləri Zakir Nuriyev: “Kartlar üzrə komissiyalarının azaldılması zəruridir” 09/06/2026 Daşınmaz əmlak Bu torpaqlar xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilə biləcək 09/06/2026 Digər xəbərlər Nəqliyyat “BakuBus” ötən il büdcədən 100 milyon manat alıb 09/06/2026 Sığorta xəbərləri Hesablama Palatası dövlət əmlakının sığortalanmasındakı nöqsanları açıqlayıb 09/06/2026 Bank xəbərləri Zakir Nuriyev: “Kartlar üzrə komissiyalarının azaldılması zəruridir” 09/06/2026 Daşınmaz əmlak Bu torpaqlar xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilə biləcək 09/06/2026