Mərkəzi Bank iki BOKT-nin vəzifəli şəxsini cərimələyib Qeyri-bank kredit təşkilatları 09/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı cari nəzarət tədbirləri nəticəsində iki bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub. Banker.az bunu Mərkəzi Banka istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə AMB-nin məlumatına görə, hər iki halda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən tədbir görülüb. Belə ki, yanvar ayında “Azərbaycan Mikro-Kredit” BOKT ASC-nin vəzifəli şəxsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 min manat məbləğində cərimə edilib. Fevral ayında isə BOKT “Falcon Finance” MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 min manat məbləğində cərimələnib. “Azərbaycan Mikro-Kredit” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1.72 milyon manatdır. BOKT-un təsisçiləri Kazım Hüseynov (50 %) və Səbuhi Əzizovdur (50 %). “Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un təsisçiləri hər biri 50 % payla Vüsal Tağıyev və Brilyant Salmanovadır. Son xəbərlər Nəqliyyat “BakuBus” ötən il büdcədən 100 milyon manat alıb 09/06/2026 Sığorta xəbərləri Hesablama Palatası dövlət əmlakının sığortalanmasındakı nöqsanları açıqlayıb 09/06/2026 Bank xəbərləri PAŞA Bank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026″nin sponsorudur 09/06/2026 Bank xəbərləri Zakir Nuriyev: “Kartlar üzrə komissiyalarının azaldılması zəruridir” 09/06/2026 Digər xəbərlər Nəqliyyat “BakuBus” ötən il büdcədən 100 milyon manat alıb 09/06/2026 Sığorta xəbərləri Hesablama Palatası dövlət əmlakının sığortalanmasındakı nöqsanları açıqlayıb 09/06/2026 Bank xəbərləri PAŞA Bank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026″nin sponsorudur 09/06/2026 Bank xəbərləri Zakir Nuriyev: “Kartlar üzrə komissiyalarının azaldılması zəruridir” 09/06/2026