Bakıkartın satış qiyməti artırıldı Nəqliyyat 09/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İyulun 1-dən etibarən “Bakı Kart” kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək. Banker.az xəbər verir ki, bu barədə “Bakı Kart” məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edək ki, “Bakı Kart” kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib. Bu dövr ərzində kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb. Son illər ərzində ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Sərnişinlər hazırda BakıKart kartları ilə yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları, mobil cihazlar və QR kod üzərindən də ödəniş həyata keçirə bilirlər. Bildirilib ki, kartın balansı və gediş haqları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Dəyişiklik yalnız yeni əldə edilən BakıKart kartlarının satış qiymətinə aiddir. Son xəbərlər Avto xəbərlər Dövlət qurumları avtomobillərini ucuz qiymətə satır – Siyahıda hansı maşınlar var? 09/06/2026 Bank xəbərləri Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi 09/06/2026 Yerli biznes xəbərləri SOCAR-a yaxın yeni şirkət yaradılıb 09/06/2026 Ölkə xarici Reuters: Aİ 21-ci sanksiyalar paketinə 90 Rusiya bankını daxil etməyi planlaşdırır 09/06/2026 Digər xəbərlər Avto xəbərlər Dövlət qurumları avtomobillərini ucuz qiymətə satır – Siyahıda hansı maşınlar var? 09/06/2026 Bank xəbərləri Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi 09/06/2026 Yerli biznes xəbərləri SOCAR-a yaxın yeni şirkət yaradılıb 09/06/2026 Ölkə xarici Reuters: Aİ 21-ci sanksiyalar paketinə 90 Rusiya bankını daxil etməyi planlaşdırır 09/06/2026