Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib Texnologiya xəbərləri 09/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ-nin “Apple Inc.” şirkəti tərtibatçılar üçün keçirdiyi illik Ümumdünya Konfransında (WWDC) “Siri” səsli köməkçisinin süni intellekt əsaslı yeni versiyasını təqdim edib. “Google” ilə əməkdaşlıq çərçivəsində yaradılan yeni sistem istifadəçi məlumatlarından yararlanaraq daha mürəkkəb sualları cavablandıra və müxtəlif tapşırıqları yerinə yetirə bilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Apple” rəhbərləri “Siri AI”nin konsert biletləri aldığını, tədbirlər planlaşdırdığını, fotoşəkillərdəki obyektləri tanıdığını və onlarla qarşılıqlı əlaqə qurduğunu nümayiş etdiriblər. Şirkət “Siri”nin zahiri görünüşünü və səsini də yeniləyib. Bununla istifadəçilər nitqin ifadəliliyini və danışıq sürətini öz istəklərinə uyğun tənzimləyə biləcəklər. WSJ qeyd edir ki, yeni funksiyalardan istifadə imkanları qiymət və coğrafi amillərlə yanaşı, cihazın texniki xüsusiyyətlərindən də asılı olacaq. “Apple” proqram təminatının hazırlanmasına rəhbərlik edən Kreyq Federiqinin sözlərinə görə, şəkil generasiyası kimi daha güclü serverlər tələb edən funksiyalar üçün gündəlik istifadə limitləri tətbiq olunub. Bununla yanaşı, genişləndirilmiş istifadə imkanlarını “iCloud+” abunəliyinin tərkibində əldə etmək mümkündür. “Siri AI” ilkin mərhələdə Avropa İttifaqındakı “iPhone” və “iPad” cihazlarında aktiv olmayacaq. Şirkət tənzimləyici tələblərlə bağlı işi davam etdirdiyi müddətdə də Çində yeni süni intellekt funksiyalarından istifadə mümkün olmayacaq. Daha çox inkişaf etmiş funksiyaların bir hissəsi yalnız ən yeni çiplərlə təchiz edilmiş “iPhone”, “iPad” və “Mac” cihazları üçün nəzərdə tutulub. “Apple”, həmçinin “Golden Gate” adını daşıyacaq “macOS 27” əməliyyat sistemini təqdim edib. Onun beta versiyası əvvəlcə tərtibatçılar üçün əlçatan olacaq, gələn ay isə bütün istifadəçilərin ixtiyarına veriləcək. Əməliyyat sisteminin tam versiyası payızda təqdim olunacaq. Şirkətin saytında bildirilir ki, “Siri AI”nin ingilis dilindəki versiyası bu il istifadəyə veriləcək. MənbəAZƏRTAC TaglarappleSirisüni intellekt Son xəbərlər Yerli biznes xəbərləri Prezident İpoteka və Kredit Zəmanət Fondunun bəzi səlahiyyətlərini bu quruma həvalə etdi 09/06/2026 Ümumi iqtisadi xəbərlər Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək 09/06/2026 Ümumi iqtisadi xəbərlər Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib 09/06/2026 Dövlət büdcəsi Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib 09/06/2026 Digər xəbərlər Yerli biznes xəbərləri Prezident İpoteka və Kredit Zəmanət Fondunun bəzi səlahiyyətlərini bu quruma həvalə etdi 09/06/2026 Ümumi iqtisadi xəbərlər Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək 09/06/2026 Ümumi iqtisadi xəbərlər Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib 09/06/2026 Dövlət büdcəsi Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib 09/06/2026