Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib Dövlət büdcəsi 09/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarətin təmin edilməsi, büdcə gəlirlərinin və xərclərinin cari və növbəti dövr üçün proqnozlaşdırılması məqsədilə müvafiq maliyyə hesabatlılıq portalı hazırlanaraq istifadəyə verilib. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nazir bildirib ki, portal vasitəsilə real vaxt rejimində xəzinədarlıq orqanları tərəfindən aparılan bütün əməliyyatların, gəlir və xərclərin izlənilməsi mümkündür. Büdcə təşkilatları və xəzinədarlıq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə müvafiq daxili və xarici xidmət pasportları (təlimatları), habelə ödənişlərin operativliyinin artırılması və təşkilatların suallarının operativ cavablandırılması məqsədilə Chat Bot hazırlanıb. Hesabat dövründə büdcə xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib. Eyni zamanda, hesabat dövründə dövlət xəzinədarlığında cari risk əsaslı nəzarət mexanizminin tətbiqinə başlanılıb. Xəzinədarlıq orqanlarının inzibati idarəetmə sistemi təkmilləşdirilib, regional xəzinədarlıq orqanları mərkəzləşdirilib. Hazırda ölkə üzrə bütün ödənişlər yalnız bir xəzinə orqanı vasitəsilə təmin edilir. MənbəXezerxeber.az Taglarbüdcə gəlirləribüdcə xərcləridövlət büdcəsiSahil Babayev Son xəbərlər Yerli biznes xəbərləri Prezident İpoteka və Kredit Zəmanət Fondunun bəzi səlahiyyətlərini bu quruma həvalə etdi 09/06/2026 Ümumi iqtisadi xəbərlər Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək 09/06/2026 Texnologiya xəbərləri Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib 09/06/2026 Ümumi iqtisadi xəbərlər Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib 09/06/2026 Digər xəbərlər Yerli biznes xəbərləri Prezident İpoteka və Kredit Zəmanət Fondunun bəzi səlahiyyətlərini bu quruma həvalə etdi 09/06/2026 Ümumi iqtisadi xəbərlər Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək 09/06/2026 Texnologiya xəbərləri Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib 09/06/2026 Ümumi iqtisadi xəbərlər Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib 09/06/2026