AMB: Banklar mübahisəli əməliyyatların idarə olunması üçün yeni modulu sınaqdan keçirir Bank xəbərləri 09/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda fəaliyyət göstərən 16 bank HÖP (Hökumət Ödəniş Portalı) ilə AÖS (Ani Ödənişlər Sistemi) arasında inteqrasiya prosesini tamamlayıb. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş Proqram Təminatı Mühəndisi Tofiq Acırqayev “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, 2026-cı ildə HÖP çərçivəsində həyata keçirilən əməliyyatların AÖS kanalı üzərindən icrasında əhəmiyyətli artım qeydə alınıb: “Yanvar ayında HÖP üzrə əməliyyatların cəmi 0,13 %-i və ya 8 956 əməliyyatı AÖS vasitəsilə icra olunurdusa, may ayında bu göstərici 4,5 %-ə və ya 314 351 əməliyyata yüksəlib. Beləliklə, beş ay ərzində AÖS üzərindən həyata keçirilən əməliyyatların sayı 35 dəfə artıb”. T.Acırqayev vurğulayıb ki, söhbət yeni əməliyyatların yaranmasından deyil, mövcud HÖP əməliyyatlarının HÖP platforması əvəzinə AÖS kanalı vasitəsilə icra olunmasından gedir. Hazırda 16 bank inteqrasiya prosesini tamamlayıb, eyni zamanda HÖP kanalı da fəaliyyətini davam etdirir. O qeyd edib ki, AÖS sistemində əməliyyat sayının artması mübahisəli halların sayına da təsir göstərir: “Hazırda bu cür hallar iştirakçılar arasında ikitərəfli danışıqlar yolu ilə həll edilir. Proseslərin daha səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunması məqsədilə Mərkəzi Bank iştirakçılara xüsusi modul təqdim edib. Bu modul vasitəsilə iştirakçılar mübahisəli halları qeydiyyata ala, məlumat mübadiləsi apara, müraciətləri araşdıra, onları qəbul və ya rədd edə, zərurət yarandıqda isə arbitraj mərhələsinə yönləndirə bilərlər. Hazırda banklar modul üzrə inteqrasiya işlərini davam etdirir və aktiv test mərhələsində iştirak edirlər”. MənbəREPORT TaglarAzərbaycan banklarıAzərbaycan Mərkəzi Bankı (AMB)Tofiq Acırqayev Son xəbərlər Yerli biznes xəbərləri Prezident İpoteka və Kredit Zəmanət Fondunun bəzi səlahiyyətlərini bu quruma həvalə etdi 09/06/2026 Ümumi iqtisadi xəbərlər Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək 09/06/2026 Texnologiya xəbərləri Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib 09/06/2026 Ümumi iqtisadi xəbərlər Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib 09/06/2026 Digər xəbərlər Yerli biznes xəbərləri Prezident İpoteka və Kredit Zəmanət Fondunun bəzi səlahiyyətlərini bu quruma həvalə etdi 09/06/2026 Ümumi iqtisadi xəbərlər Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək 09/06/2026 Texnologiya xəbərləri Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib 09/06/2026 Ümumi iqtisadi xəbərlər Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib 09/06/2026