Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub Ölkə daxili 09/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasının tarixi və gündəliyi məlum olub. 12 iyunda keçiriləcək iclasın gündəliyinə 10 məsələ daxil edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 2. “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi. 3. “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. 4. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 5. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 6. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 8. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 10. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). MənbəAPA TaglarMilli Məclisnövbədənkənar sessiya Son xəbərlər Yerli biznes xəbərləri Prezident İpoteka və Kredit Zəmanət Fondunun bəzi səlahiyyətlərini bu quruma həvalə etdi 09/06/2026 Ümumi iqtisadi xəbərlər Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək 09/06/2026 Texnologiya xəbərləri Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib 09/06/2026 Ümumi iqtisadi xəbərlər Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib 09/06/2026 Digər xəbərlər Yerli biznes xəbərləri Prezident İpoteka və Kredit Zəmanət Fondunun bəzi səlahiyyətlərini bu quruma həvalə etdi 09/06/2026 Ümumi iqtisadi xəbərlər Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək 09/06/2026 Texnologiya xəbərləri Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib 09/06/2026 Ümumi iqtisadi xəbərlər Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib 09/06/2026