Azərbaycanda vətəndaşlara bank seçimi azadlığı veriləcək Bank xəbərləri 09/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda vətəndaşlar pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. Bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” da çıxışı zamanı bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, bu layihə məcburi xarakter daşımır. “Bu yanaşma vətəndaşlara öz banklarını sərbəst seçmək imkanı verəcək. Vəsait alan şəxslərə bank seçimi üzrə alternativ imkanların yaradılması nəzərdə tutulur. Bankların pensiyaçılara təqdim etdiyi xüsusi xidmət paketləri, o cümlədən nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirləri genişlənəcək. İlkin mərhələdə əməkhaqqı ödənişləri, daha sonrakı mərhələlərdə isə pensiya və sosial müavinətlərin icrası Ani Ödənişlər Sistemi üzərindən reallaşacaq. Bu, çox geniş və çoxşaxəli bir layihədir. Bu layihənin inteqrasiyasında iştirak edən tərəflər arasında daim müzakirələr aparılır”, – deyə o qeyd edib. MənbəAPA TaglarAzərbaycan Mərkəzi Bankı (AMB)bankTofiq Acırqayev Son xəbərlər Yerli biznes xəbərləri Prezident İpoteka və Kredit Zəmanət Fondunun bəzi səlahiyyətlərini bu quruma həvalə etdi 09/06/2026 Ümumi iqtisadi xəbərlər Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək 09/06/2026 Texnologiya xəbərləri Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib 09/06/2026 Ümumi iqtisadi xəbərlər Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib 09/06/2026 Digər xəbərlər Yerli biznes xəbərləri Prezident İpoteka və Kredit Zəmanət Fondunun bəzi səlahiyyətlərini bu quruma həvalə etdi 09/06/2026 Ümumi iqtisadi xəbərlər Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək 09/06/2026 Texnologiya xəbərləri Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib 09/06/2026 Ümumi iqtisadi xəbərlər Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib 09/06/2026