Avtosığorta haqqının hesablanması qaydaları dəyişir Sığorta xəbərləri 09/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İyun ayının 21-dən etibarən avtomobillər üçün sığorta haqqının hesablanması qaydaları dəyişir. Yeni tətbiq olunacaq qaydalara görə sığorta haqqı hesablanarkən, sığorta tarixçəsi əmsalı tətbiq olunacaq. Təkcə avtomobil sahibinin deyil, həm də etibarnaməsi olan digər şəxslərin sığorta tarixçəsi də nəzərə alınacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Mərkəzi Bankın müvafiq dəyişikliyinə əsasən, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin sığorta tarixçəsi əmsalı tətbiq olunacaq. Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, nəqliyyat vasitəsinə görə etibarnaməsi olan şəxslərin sayından asılı olaraq, sığorta haqqı ən çox risk əmsalı olan şəxsin əmsalına görə hesablanacaq. Əvvəllər sürücülər maşını digər şəxslərə etibarnamə ilə verdikdən sonra onların adından avtosığorta etdirərək, yüksək məbləğlə sığorta haqqı ödəməkdən yayına bilirdilər. Lakin tətbiq olunacaq qaydalara əsasən, artıq bu mümkün olmaycaq. Ekspert həmçinin sığortanın hesablanması qaydasında aparılan bu dəyişikliklərin, gələcəkdə sığorta xidmətinin və davamlılığının inkişafına müsbət təsir edəcəyini qeyd edib. MənbəXezerxeber.az Taglaravtosığortaekspert Vüsal Bədəlov Son xəbərlər Neft və Qaz EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu artırıb 09/06/2026 Kripto valyutalar Tramp ailəsi kriptovalyuta layihələrindən 2,3 milyard dollar qazanıb 09/06/2026 Ölkə xarici ABŞ vizaların sürətləndirilmiş rəsmiləşdirilməsi üçün 750 dollar ödəniş almağı planlaşdırır 09/06/2026 Ölkə xarici Tramp: İran ABŞ-ın Hörmüz boğazı üzərində patrul həyata keçirən helikopterini vurub 09/06/2026 Digər xəbərlər Neft və Qaz EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu artırıb 09/06/2026 Kripto valyutalar Tramp ailəsi kriptovalyuta layihələrindən 2,3 milyard dollar qazanıb 09/06/2026 Ölkə xarici ABŞ vizaların sürətləndirilmiş rəsmiləşdirilməsi üçün 750 dollar ödəniş almağı planlaşdırır 09/06/2026 Ölkə xarici Tramp: İran ABŞ-ın Hörmüz boğazı üzərində patrul həyata keçirən helikopterini vurub 09/06/2026