“Click to Pay” və “Passkey” Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında növbəti mərhələ olacaq FinTex 09/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Click to Pay” və passkey texnologiyaları Azərbaycanda rəqəmsal ödənişlərin növbəti inkişaf mərhələsi olacaq. Bu barədə “Visa”nın Azərbaycandakı regional meneceri və baş direktoru Nurlan Hacıyev Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə danışıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, EMV standartına əsaslanan “Click to Pay” texnologiyası kart məlumatlarının saxlanılmasını və əməliyyatların “bir toxunuşla” həyata keçirilməsini təmin edir və artıq qlobal trendlərdən birinə çevrilib. Bu tendensiya təkcə ayrı-ayrı ölkələri deyil, bütün dünyanı əhatə edir. Nurlan Hacıyev qeyd edib ki, Azərbaycanda təxminən 10 bank bu texnologiyanın emissiya mərhələsini uğurla tamamlayıb. “İnkişafın növbəti mərhələsi “passkey” texnologiyalarının tətbiqi olacaq. Bu texnologiyalar biometrik autentifikasiya vasitəsilə, o cümlədən barmaq izi və üz tanıma vasitəsilə ödənişlərin təsdiqlənməsinə imkan verəcək”, – deyə o bildirib. Onun sözlərinə görə, elektron ticarətdə tokenləşdirilmiş əməliyyatların istifadəsi artır. Son 12 ay ərzində Azərbaycan kart sahibləri transsərhəd əməliyyatların sayını təxminən 1,5 dəfə, daxili əməliyyatları isə təxminən 2,5 dəfə artırıblar. MənbəTREND TaglarClick to PayPasskeyrəqəmsal ödənişlər Son xəbərlər Neft və Qaz EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu artırıb 09/06/2026 Kripto valyutalar Tramp ailəsi kriptovalyuta layihələrindən 2,3 milyard dollar qazanıb 09/06/2026 Ölkə xarici ABŞ vizaların sürətləndirilmiş rəsmiləşdirilməsi üçün 750 dollar ödəniş almağı planlaşdırır 09/06/2026 Ölkə xarici Tramp: İran ABŞ-ın Hörmüz boğazı üzərində patrul həyata keçirən helikopterini vurub 09/06/2026 Digər xəbərlər Neft və Qaz EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu artırıb 09/06/2026 Kripto valyutalar Tramp ailəsi kriptovalyuta layihələrindən 2,3 milyard dollar qazanıb 09/06/2026 Ölkə xarici ABŞ vizaların sürətləndirilmiş rəsmiləşdirilməsi üçün 750 dollar ödəniş almağı planlaşdırır 09/06/2026 Ölkə xarici Tramp: İran ABŞ-ın Hörmüz boğazı üzərində patrul həyata keçirən helikopterini vurub 09/06/2026