EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu artırıb Neft və Qaz 09/06/2026 Neft hasilatı Paylaş FacebookXWhatsAppTelegram ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu artırıb. Bu barədə EIA-nın “Qısamüddətli enerji perspektivi” adlı hesabatının iyun ayı üzrə açıqladığı məlumatda qeyd edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yenilənmiş məlumatlara əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək. Ötən ay da bu rəqəm üzrə proqnoz 540 min barel olub. Bu ilin ikinci rübündə sutkada neft hasilatı 550 min barel olacaq ki, ötən ay verilən proqnoz 540 min barel olub. Bu ilin üçüncü və dördüncü rüblərində neft hasilatının sutkada 540 min barel olacağı gözlənilir ki, mayda həmin rüblər üçün verilən proqnoz da 530 min barel təşkil edib. Xatırladaq ki, 2025-ci ilin birinci və ikinci rüblərdə neft hasilatı sutkada 570 min barel, üçüncü və dördüncü rüblərdə 560 min barel təşkil edib. EIA-nın məlumatına görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 570 min barel səviyyəsində olub. MənbəREPORT TaglarAzərbaycanda neft hasilatı proqnozuBeynəlxalq Enerji Agentliyi (EIA) Son xəbərlər Kripto valyutalar Tramp ailəsi kriptovalyuta layihələrindən 2,3 milyard dollar qazanıb 09/06/2026 Ölkə xarici ABŞ vizaların sürətləndirilmiş rəsmiləşdirilməsi üçün 750 dollar ödəniş almağı planlaşdırır 09/06/2026 Ölkə xarici Tramp: İran ABŞ-ın Hörmüz boğazı üzərində patrul həyata keçirən helikopterini vurub 09/06/2026 Sığorta xəbərləri Avtosığorta haqqının hesablanması qaydaları dəyişir 09/06/2026 Digər xəbərlər Kripto valyutalar Tramp ailəsi kriptovalyuta layihələrindən 2,3 milyard dollar qazanıb 09/06/2026 Ölkə xarici ABŞ vizaların sürətləndirilmiş rəsmiləşdirilməsi üçün 750 dollar ödəniş almağı planlaşdırır 09/06/2026 Ölkə xarici Tramp: İran ABŞ-ın Hörmüz boğazı üzərində patrul həyata keçirən helikopterini vurub 09/06/2026 Sığorta xəbərləri Avtosığorta haqqının hesablanması qaydaları dəyişir 09/06/2026