Ukrayna Belarusdan kompensasiya tələb edir Ölkə xarici 09/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Ukrayna hərbi əməliyyatlar başa çatdıqdan sonra Belarusdan “müəyyən kompensasiya” almalıdır. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaroslav Çernoqor “Apostrof” nəşrinə müsahibəsində bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ukraynalı diplomat rəsmi Minsk tərəfindən “reparasiya” (müharibə təzminatı) ödənilməsi məsələsini “mürəkkəb” adlandırıb: “Belarus münaqişədə “şərik təcavüzkar” rolunda çıxış edir, lakin yekun qərar hərbi əməliyyatların sonunda bu ölkənin daşıyacağı statusdan asılı olacaq. Müəyyən kompensasiya nəzərdə tutulmalıdır. Çox şey müharibənin gedişində necə bir Belarusla qarşılaşacağımızdan asılıdır. Hələlik müharibənin necə bitəcəyini dəqiq bilmirik. Hazırda Belarusla aramızda ciddi informasiya gərginliyi var. Bəs, əgər real hərbi qarşıdurma baş verərsə və biz rəqibin məhv edilmiş hərbi-sənaye kompleksi obyektləri hesabına kompensasiya alsaq, necə olacaq?” Qeyd edək ki, bundan əvvəl Ukrayna mətbuatında Belarus müxalifətinin ölkə Silahlı Qüvvələrinə (VSU) etdiyi irihəcmli ianələr və yardımlar barədə geniş məlumatlar dərc olunmuşdu. MənbəQAFQAZİNFO TaglarBelaruskompensasiyaUkrayna Son xəbərlər Neft və Qaz EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu artırıb 09/06/2026 Kripto valyutalar Tramp ailəsi kriptovalyuta layihələrindən 2,3 milyard dollar qazanıb 09/06/2026 Ölkə xarici ABŞ vizaların sürətləndirilmiş rəsmiləşdirilməsi üçün 750 dollar ödəniş almağı planlaşdırır 09/06/2026 Ölkə xarici Tramp: İran ABŞ-ın Hörmüz boğazı üzərində patrul həyata keçirən helikopterini vurub 09/06/2026 Digər xəbərlər Neft və Qaz EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu artırıb 09/06/2026 Kripto valyutalar Tramp ailəsi kriptovalyuta layihələrindən 2,3 milyard dollar qazanıb 09/06/2026 Ölkə xarici ABŞ vizaların sürətləndirilmiş rəsmiləşdirilməsi üçün 750 dollar ödəniş almağı planlaşdırır 09/06/2026 Ölkə xarici Tramp: İran ABŞ-ın Hörmüz boğazı üzərində patrul həyata keçirən helikopterini vurub 09/06/2026