Azərbaycanda iqtisadi artım dinamikası mayda 0%-ə düşüb- DSK Əsas məlumatlarÜmumi iqtisadi xəbərlər 10/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan iqtisadiyyatı 2026-cı ilin ilk beş ayında illik müqayisədə 0.0% olmaqla dəyişməz qalıb. Halbuki, apreldə bu 0.2% olmaqla martdakı 0.3%-lik resessiyadan çıxmışdı. Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilir ki, neft-qaz sektoru illik müqayisədə 0.1 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 0.4% artıb. Bununla belə, qeyri neft-qaz sektorundakı artım neft sektorundakı azalmanı kompensasiya edə bilməyib. Ümimi daxili məhsul istehsalı ilk 5 ayda 51 milyard 783,8 milyon manat həcmində olmaqla bunun da, 35 milyard 658,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb. Bundan əlavə ölkədə sənaye istehsalı illik 0.2% artaraq 27 milyard 524,2 milyon manat olub. BƏS PROQNOZLAR NECƏDİR? Azərbaycanın İqtisadiyyat Nazirliyinin 2025-ci ildə növbəti illər üçün verdiyi proqnoza görə, 2026-cı ildə Azərbaycanda iqtisadi artım 3.2% proqnozlaşdırılıb. Məlumata görə, 2027-2028-ci illərdə ölkədə iqtisadi artım 3.6%, 2029-cu ildə isə 4.1% müəyyən edilirdi. Mərkəzi Bank mayda bu il və növbəti il üçün Azərbaycanda ÜDM artımının fevraldakı proqnozlarla müqayisədə endirib. Belə ki, 2026-cı il üçün 2,9 %-dən 1,1 %-ə, 2027-ci ildə isə 4,7 %-dən 3,2 %-ə endirib. AMB-nin sədri Taleh Kazımov qeyd edib ki, iqtisadi artıma daxili tələbin və qeyri-neft sektorundakı aktivliyin dəstək verəcəyi gözlənilir. Dünya Bankı 2026-cı ildə Azərbaycanda ÜDM-in 2 %, 2027-ci ildə isə 1,8 % artacağını gözləyir. Dünya Bankının proqnozlarına görə, 2026 və 2027-ci illərdə Cənubi Qafqaz dövlətlərinin ÜDM-nin ümumi artımı hər il 3,4 %-ə çatacaq. Hesabatda vurğulanır ki, Azərbaycanda fiskal siyasətin sərtləşdirilməsi nəticəsində investisiya xərclərinin normallaşması, eləcə də neft hasilatı həcmlərinin əhəmiyyətli dərəcədə azalması 2025-ci ildə iqtisadi artım tempinin 1,4 %-ə enməsinə səbəb olub, bu isə 2024-cü ilin göstəricisindən təxminən üç dəfə azdır. Qeyd edək ki, iqtisadçı-ekspert Elman Sadıqov iqtisadi artım tempinin inkişaf etməkdə olan ölkələr üçün yetərsiz olduğunu bildirib. Onun sözlərinə görə, “inkişaf etmiş iqtisadiyyatlar üçün böyümə hədəfi 2% ətrafında olur, inkişaf etməkdə olan iqtisadiyyatlar üçün isə minimum 5% hədəfində”, bu səbəbdən “ölkəmiz üçün 3% ətrafında böyümə hədəfinin müəyyən edilməsi yanlışdır”. Ekspert həmçinin bildirib ki, 2024-cü ilin ortalarından etibarən Azərbaycan iqtisadiyyatında daralma tendensiyası müşahidə olunur. O qeyd edib ki, “iqtisadiyyat ya spiralvari genişlənər, ya daralar” və qarşıdakı dövrlərdə iqtisadiyyata həm daxili, həm də xarici faktorların əlavə təzyiq formalaşdırması ehtimalı yüksəkdir. Son xəbərlər Təhsil Kitabxanalarda yalnız ali təhsilli şəxslər çalışacaq – Açıqlama 10/06/2026 Bank xəbərləri TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi 10/06/2026 Yerli biznes xəbərləri Azərbaycanın milyonluq şirkətlərindən olan “Star Park”ın Müşahidə Şurasının sədri və üzvləri dəyişir 10/06/2026 Ölkə xarici Aİ səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin müzakirəsinə başlayıblar 10/06/2026 Digər xəbərlər Təhsil Kitabxanalarda yalnız ali təhsilli şəxslər çalışacaq – Açıqlama 10/06/2026 Bank xəbərləri TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi 10/06/2026 Yerli biznes xəbərləri Azərbaycanın milyonluq şirkətlərindən olan “Star Park”ın Müşahidə Şurasının sədri və üzvləri dəyişir 10/06/2026 Ölkə xarici Aİ səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin müzakirəsinə başlayıblar 10/06/2026