Azərbaycanda şirkətin yeganə sahibi səhmlərini üç şəxsə satıb Kapital bazarı 10/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanın inşaat və təchizat sahəsində fəaliyyət göstərən “LAB TEST” QSC-nin idarəetmə və sahiblik strukturunda köklü dəyişiklik baş verib. Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalının 100 faizinə sahib olan Tural Seyidov Şahin oğlu cəmiyyətdəki payını tamamilə satıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yeni pay bölgüsünə əsasən, QSC-nin nəzarət paketi 66 faizi Vaqif Axundov Müzəffər oğluna keçib. Digər paylar isə Anar Sadıxov Ramiz oğlu (19 faiz) və Könül Quliyeva Rasim qızı (15 faiz) arasında bölüşdürülüb. Mülkiyyətçi dəyişikliyi şirkətin maliyyə göstəricilərinin kəskin zəifləməsi dövrünə təsadüf edib. Belə ki, şirkətin xalis mənfəəti son bir ildə 88% azalaraq 380 min manatdan 45 min manata düşüb. Mənfəətin kəskin azalmasına baxmayaraq, səhmdarlara ödənilən dividendin həcmi 76% artaraq 553 min manat təşkil edib. Böyük həcmli dividend çıxarışları səbəbindən şirkətin cəmi kapitalı təxminən 70% kiçilərək 218 min manata geriləyib. Səhmdar dəyişikliyi fonunda şirkət faktiki fəaliyyət ünvanını da dəyişərək Yasamal rayonu, Ş.Mehdiyev 93-ə köçürüb. “Lab Test” Qapalı Səhmdar Cəmiyyəti 8 oktaybr 2020-ci ildə təsis edilib. Şirkətimiz təchizat sektoru üzrə inşaat bazarında istifadə olunan mal və materialların satışı ilə məşğul olaraq, müştərilərinə sənaye və məişət avadanlıqları və onların ehtiyat hissələri, elektrik alətləri, qaynaq materialları və s. kimi mal və xidmətlərin geniş portfelini təklif edir. TaglarLab Test Son xəbərlər Əsas məlumatlar Azərbaycanda iqtisadi artım dinamikası mayda 0%-ə düşüb- DSK 10/06/2026 Təhsil Kitabxanalarda yalnız ali təhsilli şəxslər çalışacaq – Açıqlama 10/06/2026 Bank xəbərləri TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi 10/06/2026 Yerli biznes xəbərləri Azərbaycanın milyonluq şirkətlərindən olan “Star Park”ın Müşahidə Şurasının sədri və üzvləri dəyişir 10/06/2026 Digər xəbərlər Əsas məlumatlar Azərbaycanda iqtisadi artım dinamikası mayda 0%-ə düşüb- DSK 10/06/2026 Təhsil Kitabxanalarda yalnız ali təhsilli şəxslər çalışacaq – Açıqlama 10/06/2026 Bank xəbərləri TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi 10/06/2026 Yerli biznes xəbərləri Azərbaycanın milyonluq şirkətlərindən olan “Star Park”ın Müşahidə Şurasının sədri və üzvləri dəyişir 10/06/2026