Bakı və Xırdalanda “Aqrarkredit”ə məxsus binalar və sahələr satışa çıxarılır – Qiymətlər Daşınmaz əmlak 10/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı balansında olan bir sıra qeyri-yaşayış sahələri və binaları hərraca çıxarır. Banker.az xəbər verir ki, 24 iyun 2026-cı il tarixində saat 11:00 və 11:30-da keçiriləcək hərraclarda Bakı və Abşeron ərazisində yerləşən ümumilikdə 8 daşınmaz əmlak satışa çıxarılacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hərraca çıxarılan ən bahalı əmlak Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 95 ünvanında yerləşən 1 078,1 kvadratmetrlik qeyri-yaşayış binasıdır. Obyektin start qiyməti 4 milyon 60 min manat müəyyən edilib. Bundan başqa, Yeni Yasamal yaşayış massivində yerləşən iki iri qeyri-yaşayış sahəsi, eləcə də Xırdalan şəhərində yerləşən iki avtodayanacaq hərrac iştirakçılarına təklif olunacaq. Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir. 24 iyun 2026-cı il tarixində saat 11:30-da hərraca çıxarılan “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakların siyahısı S/n Əmlakın adı Ünvanı Daşınmaz əmlakın ümumi sahəsi (kvm) Start qiyməti (manatla) Beh məbləği (manatla) 1 Qeyri yaşayış binası Bakı şəhəri Nərimanov rayonu, Məmməd Araz küşəsi,95 1.078,10 4.060.000,00 20300 2 Qeyri yaşayış sahəsi Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva küşəsi,3 412,8 1.690.500,00 8452,5 3 Qeyri yaşayış sahəsi Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 41B (-2 səviyyə) 5948,3 770.000,00 3850 4 Qeyri yaşayış sahəsi Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 41B (-1 səviyyə) 5151,7 828.100,00 4140,5 5 Qeyri yaşayış sahəsi Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, giriş 7A (zirzəmi) 1025,5 358.400,00 1792 24 iyun 2026-cı il tarixində saat 11:00-da hərraca çıxarılan “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakların siyahısı S/n Əmlakın adı Ünvanı Daşınmaz əmlakın ümumi sahəsi (kvm) Start qiyməti (manatla) Beh məbləği (manatla) 1 Qeyri-yaşayış sahəsi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 5 (Avtodayanacaq-1) 1624,1 729.000,00 3645 2 Qeyri-yaşayış sahəsi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 7 (Avtodayanacaq-3) 1155,7 513.000,00 2565 3 Qeyri-yaşayış sahəsi Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi (yeraltı dayanacaq) 3282,4 1.071.000,00 5355 TaglarAqrarkredithərrac Son xəbərlər Əsas məlumatlar Azərbaycanda iqtisadi artım dinamikası mayda 0%-ə düşüb- DSK 10/06/2026 Təhsil Kitabxanalarda yalnız ali təhsilli şəxslər çalışacaq – Açıqlama 10/06/2026 Bank xəbərləri TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi 10/06/2026 Yerli biznes xəbərləri Azərbaycanın milyonluq şirkətlərindən olan “Star Park”ın Müşahidə Şurasının sədri və üzvləri dəyişir 10/06/2026 Digər xəbərlər Əsas məlumatlar Azərbaycanda iqtisadi artım dinamikası mayda 0%-ə düşüb- DSK 10/06/2026 Təhsil Kitabxanalarda yalnız ali təhsilli şəxslər çalışacaq – Açıqlama 10/06/2026 Bank xəbərləri TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi 10/06/2026 Yerli biznes xəbərləri Azərbaycanın milyonluq şirkətlərindən olan “Star Park”ın Müşahidə Şurasının sədri və üzvləri dəyişir 10/06/2026