Expressbank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”-nın rəsmi tərəfdaşıdır Bank xəbərləri 10/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®“Expressbank” ASC “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük beynəlxalq tədbirin bank tərəfdaşı qismində çıxış edib. Mötəbər tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların rəsmi dəstəyi ilə keçirilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sammit bank-maliyyə sektorunun rəhbər şəxslərini, tənzimləyici orqanları, maliyyə sektoru üçün həll və texnologiya təminatçılarını, startapları, investorları və beynəlxalq maliyyə institutlarını bir araya gətirərək regional iqtisadiyyatın gələcək xəritəsini müəyyənləşmək məqsədi daşıyır. Sammit çərçivəsində təşkil olunan xüsusi zonada Expressbank və “Expresspay”in birgə korporativ stendi nümayiş etdirilib. Stendi ziyarət edən yerli və xarici qonaqlara, beynəlxalq ekspertlərə bankın rəqəmsal ekosistemi, innovativ fintex həlləri və gələcək tərəfdaşlıq imkanları barədə ətraflı məlumat verilib. Qeyd edək ki, “Expressbank” ASC müştərilərinə müasir və rəqəmsal bank xidmətləri təklif etməklə yanaşı, ölkəmizin beynəlxalq iqtisadi arenadakı layihələrində tərəfdaş qismində davamlı fəallığını qoruyur. “Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C. TaglarExpressbank Son xəbərlər Dövlət büdcəsi Dövlət büdcəsindəki profisit (qalıq) 3 mlrd. manatdan aşağı düşüb 10/06/2026 Aqrarbiznes Azərbaycanda bu şəxslərin kredit faizlərini dövlət ödəyəcək 10/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda zavod mənfəətini bölüşdürür: Dividend ödəniləcək 10/06/2026 Yerli biznes xəbərləri “AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib 10/06/2026 Digər xəbərlər Dövlət büdcəsi Dövlət büdcəsindəki profisit (qalıq) 3 mlrd. manatdan aşağı düşüb 10/06/2026 Aqrarbiznes Azərbaycanda bu şəxslərin kredit faizlərini dövlət ödəyəcək 10/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda zavod mənfəətini bölüşdürür: Dividend ödəniləcək 10/06/2026 Yerli biznes xəbərləri “AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib 10/06/2026