AMB rəsmisi: “Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcək” Maliyyə xəbərləri 10/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanın maliyyə sektoru üçün hazırlanacaq “anti-fraud” (fırıldaqçılıqla mübarizə) qanununun tələblərinə riayət etməyən təşkilatlar cərimə ilə üzləşə bilər. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun fikrincə, hazırlanması gözlənilən “anti-fraud” qanunvericiliyi maliyyə sahəsində vahid tələblərin formalaşdırılmasına şərait yaradacaq: “Bu tələblər müəyyən edildikdən sonra maliyyə sektorunun bütün iştirakçıları onlara uyğun fəaliyyət göstərməli olacaq. Minimum olaraq bir standart formalaşır və bütün maliyyə sektoru bu standartlara riayət edir. Adətən qaydalar qəbul edildikdən sonra qurumlara həmin tələblərə adaptasiya olunmaq üçün bir illik müddət ayrılır. Sonrakı ildən etibarən isə həmin tələblər əsasında yoxlamalar aparılır. İnformasiya təhlükəsizliyi qaydaları üzrə yoxlamalar necə həyata keçirilirsə, “anti-fraud” sahəsində də analoji yoxlamalar reallaşdırılacaq”. E. Eyvazlı vurğulayıb ki, yoxlamalar gedişində müəyyən edilən pozuntulara qarşı müvafiq tədbirlər görülə bilər: “Mərkəzi Bankın bu məsələ ilə bağlı müəyyən proseduru mövcuddur. Həmin prosedurun çərçivəsində ilk növbədə xəbərdarlıq verilə, ardınca isə cərimə sanksiyaları tətbiq oluna bilər”. MənbəREPORT Taglaranti-fraud tənzimləməsiAzərbaycan Mərkəzi Bankı (AMB)Elnur Eyvazlı Son xəbərlər Bank xəbərləri AMB kommersiya bankları üçün minimum məlumat indikatorları formalaşdıracaq 10/06/2026 Təhsil Nazir: Azərbaycanda üç ildən sonra dərsliklər əhəmiyyətini tamamilə itirəcək 10/06/2026 Nəqliyyat İyulun 1-dən Bakı-Balakən qatarının hərəkət cədvəli dəyişəcək 10/06/2026 FinTex Azərbaycanda gələn ildən “İndi al, sonra ödə” xidməti tətbiq edilə bilər 10/06/2026 Digər xəbərlər Bank xəbərləri AMB kommersiya bankları üçün minimum məlumat indikatorları formalaşdıracaq 10/06/2026 Təhsil Nazir: Azərbaycanda üç ildən sonra dərsliklər əhəmiyyətini tamamilə itirəcək 10/06/2026 Nəqliyyat İyulun 1-dən Bakı-Balakən qatarının hərəkət cədvəli dəyişəcək 10/06/2026 FinTex Azərbaycanda gələn ildən “İndi al, sonra ödə” xidməti tətbiq edilə bilər 10/06/2026