AMB kommersiya bankları üçün minimum məlumat indikatorları formalaşdıracaq Bank xəbərləri 10/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarında məlumatların idarə edilməsi (data governance) istiqamətində minimum məlumat indikatorlarının hazırlanmasını planlaşdırır. Bunu AMB-nin İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, hər bir bank birinci növbədə öz məlumat bazasını dərindən tanımalı, həssas hesab olunan məlumatları dəqiq müəyyənləşdirməli və buna müvafiq olaraq “data governance” sistemini formalaşdırmalıdır: “Bundan əlavə, “anti-fraud” (fırıldaqçılıqla mübarizə) yanaşması çərçivəsində minimal indikatorlar işlənib hazırlanacaq. Bu məlumatlar toplanmalı və onların bazasında korrelyasiya qaydaları yaradılmalıdır ki, “anti-fraud” platformaları anomaliyaları, o cümlədən ödəniş sahəsindəki anomaliyaları müəyyən edə bilsin. Bu təşəbbüs data layihəsi çərçivəsində reallaşdırılmalıdır”. MənbəREPORT TaglarAzərbaycan Mərkəzi Bankı (AMB)Elnur Eyvazlıkommersiya bankları Son xəbərlər Maliyyə xəbərləri AMB rəsmisi: “Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcək” 10/06/2026 Təhsil Nazir: Azərbaycanda üç ildən sonra dərsliklər əhəmiyyətini tamamilə itirəcək 10/06/2026 Nəqliyyat İyulun 1-dən Bakı-Balakən qatarının hərəkət cədvəli dəyişəcək 10/06/2026 FinTex Azərbaycanda gələn ildən “İndi al, sonra ödə” xidməti tətbiq edilə bilər 10/06/2026 Digər xəbərlər Maliyyə xəbərləri AMB rəsmisi: “Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcək” 10/06/2026 Təhsil Nazir: Azərbaycanda üç ildən sonra dərsliklər əhəmiyyətini tamamilə itirəcək 10/06/2026 Nəqliyyat İyulun 1-dən Bakı-Balakən qatarının hərəkət cədvəli dəyişəcək 10/06/2026 FinTex Azərbaycanda gələn ildən “İndi al, sonra ödə” xidməti tətbiq edilə bilər 10/06/2026