Vüqar Bayramov: Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər Ölkə daxili 11/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər. Banker.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O qeyd edib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub: “Proqrama görə, bu, məhz 2026-cı ildə reallaşacaq. Proqrama əsasən, dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən dəyişkən iş rejimi təşkil olunacaq”. Deputat bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dəyişkən iş rejimi artıq tətbiq olunur və bu model konkret nəticələr verir: “Fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır. Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır”. V.Bayramov həmçinin diqqətə çatdırıb ki, bu il Azərbaycanda da dövlət proqramının tələblərinə uyğun olaraq fərqli sektorlarda iş saatlarının mərhələli şəkildə dəyişdirilməsi gözlənilir: “Bu modelə əsasən, bütün müəssisələr eyni saatda fəaliyyətə başlamayacaq və bu da nəqliyyat sıxlığına təsir göstərəcək. Təbii ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. Nəqliyyatda sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə yanaşı, oxşar digər dolayı tədbirlərin icrasından birbaşa asılıdır”. Son xəbərlər Neft və Qaz Yaxın Şərqdə gərginliyin artması fonunda neftin qiyməti 1 dollardan çox yüksəlib 11/06/2026 Valyuta Mərkəzi Bankın rəsmi valyuta məzənnələri – 11.06.2026 11/06/2026 Ölkə xarici İran səfiri: ABŞ indiki siyasətini davam etdirsə, neftin qiyməti 200 dollara çata bilər 11/06/2026 Ölkə xarici Bu ölkə adını dəyişir 11/06/2026 Digər xəbərlər Neft və Qaz Yaxın Şərqdə gərginliyin artması fonunda neftin qiyməti 1 dollardan çox yüksəlib 11/06/2026 Valyuta Mərkəzi Bankın rəsmi valyuta məzənnələri – 11.06.2026 11/06/2026 Ölkə xarici İran səfiri: ABŞ indiki siyasətini davam etdirsə, neftin qiyməti 200 dollara çata bilər 11/06/2026 Ölkə xarici Bu ölkə adını dəyişir 11/06/2026