Bu ölkə adını dəyişir Ölkə xarici 11/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru müstəmləkə dövründən qalan izlərdən uzaqlaşmaq və milli kimliyini gücləndirmək məqsədilə rəsmi adını dəyişdirməyə hazırlaşır. Banker.az xəbər verir ki, ölkə rəhbərliyi dövlətin bundan sonra yerli dildəki adı olan “Naoero” kimi tanınmasını təklif edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Parlament tərəfindən etirazsız qəbul edilən təşəbbüs yaxın vaxtlarda ümumxalq səsverməsinə çıxarılacaq. Nauru Prezidenti David Adeanq parlamentdə çıxışı zamanı bildirib ki, ad dəyişikliyi ölkənin dili, mədəniyyəti və tarixi irsinə hörmətin ifadəsidir. Hökumətin açıqlamasına görə, “Naoero” adanın yerli dildəki adıdır. “Nauru” formasından isə uzun illər xarici ölkə vətəndaşlarının tələffüzünü asanlaşdırmaq məqsədilə istifadə olunub. Cəmi 21 kvadratkilometr əraziyə və təxminən 13 min nəfər əhaliyə malik olan ada dövləti tarix ərzində bir neçə fərqli ad daşıyıb. 1798-ci ildə adaya çatan britaniyalı dənizçilər onu “Pleasant Island” (“Xoş Ada”) adlandırıblar. Almaniya 1888-ci ildə adanı ilhaq etdikdən sonra isə “Nauru” adı rəsmiləşdirilib. 1919-cu ildən etibarən Avstraliyanın idarəçiliyinə keçən ada 1968-ci ildə müstəqillik qazansa da, mövcud adını qoruyub saxlayıb. UNESCO Nauru dilini “kritik təhlükə altında olan dillər” siyahısına daxil edib. Yerli əhali gündəlik həyatda bu dildən istifadə etsə də, dil məktəblərdə tədris olunmur. Rəsmilər hesab edirlər ki, “Naoero” adının rəsmiləşdirilməsi dilin və milli kimliyin gələcək nəsillərə ötürülməsinə töhfə verəcək. Son xəbərlər Neft və Qaz Yaxın Şərqdə gərginliyin artması fonunda neftin qiyməti 1 dollardan çox yüksəlib 11/06/2026 Ölkə daxili Vüqar Bayramov: Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər 11/06/2026 Valyuta Mərkəzi Bankın rəsmi valyuta məzənnələri – 11.06.2026 11/06/2026 Ölkə xarici İran səfiri: ABŞ indiki siyasətini davam etdirsə, neftin qiyməti 200 dollara çata bilər 11/06/2026 Digər xəbərlər Neft və Qaz Yaxın Şərqdə gərginliyin artması fonunda neftin qiyməti 1 dollardan çox yüksəlib 11/06/2026 Ölkə daxili Vüqar Bayramov: Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər 11/06/2026 Valyuta Mərkəzi Bankın rəsmi valyuta məzənnələri – 11.06.2026 11/06/2026 Ölkə xarici İran səfiri: ABŞ indiki siyasətini davam etdirsə, neftin qiyməti 200 dollara çata bilər 11/06/2026