Dövlət sektorunda çalışanların sayı son bir ayda 6.7 min nəfər azalıb Ümumi iqtisadi xəbərlər 11/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda muzdla çalışan işçilərin ümumi sayında cüzi azalma qeydə alınsa da, özəl sektorda məşğulluq artmaqda davam edir. Banker.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verilir ki, 2026-cı il mayın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 792.3 min nəfər təşkil edib. Bu rəqəm ötən ayın eyni dövrü (1 aprel 2026-cı il) ilə müqayisədə 5.3 min nəfər və ya təxminən 0.3% azdır. Aprelin 1-nə ölkədə 1 797.6 min nəfər muzdlu işçi qeydə alınmışdı.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Dövlət sektorunda çalışanların sayında azalma qeydə alınıb. Belə ki, aprelin 1-nə bu sektorda 869.5 min nəfər fəaliyyət göstərdiyi halda, mayın 1-nə bu rəqəm 6.7 min nəfər azalaraq 862.8 min nəfərə düşüb. Özəl sektorda isə artım tendensiyası davam edib. Aprel ayındakı 928.1 min nəfərlik göstərici mayın 1-nə 1.4 min nəfər artaraq 929.5 min nəfərə yüksəlib. Taglardövlət sektoruişçi sayı Son xəbərlər Bank xəbərləri Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı! 11/06/2026 Texnologiya xəbərləri “OpenAI” və “Visa” tərəfdaşlıq barədə razılığa gəlib — Ödəniş sistemi AI agentlərinin əməliyyatlarını emal edəcək və onların təhlükəsizliyinə cavabdeh olacaq 11/06/2026 Yerli biznes xəbərləri İki audit şirkəti Palatadan lisenziya əldə edib 11/06/2026 Ölkə daxili “Aqrar sahə haqqında” yeni qanun hazırlanacaq 11/06/2026 Digər xəbərlər Bank xəbərləri Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı! 11/06/2026 Texnologiya xəbərləri “OpenAI” və “Visa” tərəfdaşlıq barədə razılığa gəlib — Ödəniş sistemi AI agentlərinin əməliyyatlarını emal edəcək və onların təhlükəsizliyinə cavabdeh olacaq 11/06/2026 Yerli biznes xəbərləri İki audit şirkəti Palatadan lisenziya əldə edib 11/06/2026 Ölkə daxili “Aqrar sahə haqqında” yeni qanun hazırlanacaq 11/06/2026