“Aqrar sahə haqqında” yeni qanun hazırlanacaq Ölkə daxili 11/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Dövlət Proqramının uğuru yalnız maliyyə və institusional dəstək deyil, həm də müasir çağırışlara uyğun hüquqi bazanın formalaşdırılması ilə bağlıdır. Bu səbəbdən qarşıdakı dövrdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində mühüm normativ-hüquqi təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. Banker.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nazir bildirib ki, aqrar sahədə qanunvericiliyin sistemləşdirilməsi üçün “Aqrar sahə haqqında” yeni qanunun hazırlanması nəzərdə tutulur: “Bu qanun kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı kimi əsas anlayışların vahid qanunla təsbitini, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarını formalaşdıracaq. Eyni zamanda aqrar terminologiyanın unifikasiyasına və iqlim dəyişiklikləri, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmaların qanunvericilikdə əksinə şərait yaradacaq”. M.Məmmədov vurğulayıb ki, balıqçılıq və akvakultura sahəsində 1998-ci ildən qüvvədə olan qanunvericiliyin yenilənməsi nəzərdə tutulur: “Yeni “Balıqçılıq haqqında” qanun rəqəmsallaşmanın genişləndirilməsi, qeydiyyat və uçotun sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi və idarəetmənin təkmilləşdirilməsini təmin edəcək. Eyni zamanda nəzarətin gücləndirilməsi ilə su bioresurslarının qorunması və qanunsuz ovçuluğun qarşısının alınması təmin olunacaq”. Nazir əlavə edib ki, bitkiçilik sektorunda toxumçuluq sahəsində islahatlar nəzərdə tutulur. “Toxumçuluq haqqında” qanunun beynəlxalq standartlara uyğun yenilənməsi planlaşdırılır. Yeni çərçivə sertifikatlaşdırma və toxum təsnifatını, elektron xidmətlərin genişləndirilməsini və özəl sektorun elit toxum istehsalında iştirakını təmin edəcək. Eyni zamanda toxumların emalı və idxalına nəzarət gücləndiriləcək, keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq”. MənbəTrend Son xəbərlər Bank xəbərləri Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı! 11/06/2026 Texnologiya xəbərləri “OpenAI” və “Visa” tərəfdaşlıq barədə razılığa gəlib — Ödəniş sistemi AI agentlərinin əməliyyatlarını emal edəcək və onların təhlükəsizliyinə cavabdeh olacaq 11/06/2026 Yerli biznes xəbərləri İki audit şirkəti Palatadan lisenziya əldə edib 11/06/2026 Ümumi iqtisadi xəbərlər Dövlət sektorunda çalışanların sayı son bir ayda 6.7 min nəfər azalıb 11/06/2026 Digər xəbərlər Bank xəbərləri Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı! 11/06/2026 Texnologiya xəbərləri “OpenAI” və “Visa” tərəfdaşlıq barədə razılığa gəlib — Ödəniş sistemi AI agentlərinin əməliyyatlarını emal edəcək və onların təhlükəsizliyinə cavabdeh olacaq 11/06/2026 Yerli biznes xəbərləri İki audit şirkəti Palatadan lisenziya əldə edib 11/06/2026 Ümumi iqtisadi xəbərlər Dövlət sektorunda çalışanların sayı son bir ayda 6.7 min nəfər azalıb 11/06/2026