Azərbaycanla İran razılığa gəldilər- Araz çayının su ehtiyatları bölüşdürüləcək Ölkə xarici 11/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan ilə İran Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimlərini hazırlayaraq təsdiq edib. Banker.az bu barədə Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu barədə razılıq iyunun 8–11-də Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan ilə İran arasında daimi fəaliyyət göstərən Birgə Komissiyanın 55-ci iclasında əldə olunub. İranda keçirilən iclas Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, ADSEA tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev və İran tərəfdən həmsədri, bu ölkənin Energetika Nazirliyinin Sərhəd Çayları üzrə Baş İdarəsinin rəisi Fəriba Avəridənin rəhbərliyi ilə baş tutub. Tədbirdə Regional Su Meliorasiya Xidmətinin, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər. Bununla yanaşı, çaydan götürülən suyun monitorinqinin aparılması, suyun keyfiyyətinə nəzarət, çayda müasir tipli yeni suölçmə qurğularının quraşdırılması və digər qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. Müzakirələrin yekunu olaraq tərəflər arasında görüləcək işləri əhatə edən yekun protokol imzalanıb. TaglarADSEAAraz çayıAzərbaycanDövlət Su Ehtiyatları Agentliyiİran Son xəbərlər Bank xəbərləri Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı! 11/06/2026 Texnologiya xəbərləri “OpenAI” və “Visa” tərəfdaşlıq barədə razılığa gəlib — Ödəniş sistemi AI agentlərinin əməliyyatlarını emal edəcək və onların təhlükəsizliyinə cavabdeh olacaq 11/06/2026 Yerli biznes xəbərləri İki audit şirkəti Palatadan lisenziya əldə edib 11/06/2026 Ümumi iqtisadi xəbərlər Dövlət sektorunda çalışanların sayı son bir ayda 6.7 min nəfər azalıb 11/06/2026 Digər xəbərlər Bank xəbərləri Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı! 11/06/2026 Texnologiya xəbərləri “OpenAI” və “Visa” tərəfdaşlıq barədə razılığa gəlib — Ödəniş sistemi AI agentlərinin əməliyyatlarını emal edəcək və onların təhlükəsizliyinə cavabdeh olacaq 11/06/2026 Yerli biznes xəbərləri İki audit şirkəti Palatadan lisenziya əldə edib 11/06/2026 Ümumi iqtisadi xəbərlər Dövlət sektorunda çalışanların sayı son bir ayda 6.7 min nəfər azalıb 11/06/2026