“Premium Bank”dan “GoldenPay”ə transfer Menecement (təyinatlar) 11/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda “Hesab.az” ödəniş sisteminin sahibi “Qoldenpey” ASC və ya “GoldenPay”də Əməliyyat departamentinin direktoru vəzifəsinə təyinat olub. Banker.az xəbər verir ki, Tamilla Məmmədova “GoldenPay” ASC-yə Əməliyyat departamentinin direktoru təyin edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O, 2026-cı ilin mart ayından iyun ayına qədər “Premium Bank”da Xəzinədarlıq və Maliyyə İnstitutları Departamentinin direktor müavini kimi çalışıb. T.Məmmədova bundan əvvəl, 2015-ci ildən etibarən “Azər-Türk Bank”da Hesablaşmalar Departamentinin direktor müavini, Klirinq şöbəsinin müdiri, 2009-2015-ci illərdə “Kapital Bank”da Baş mütəxəssis vəzifəsində işləyib. O, 2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bakalavr, 2009-2011-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində eyni ixtisas üzrə magistr dərəcəsi alıb. Xatırladaq ki, “GoldenPay” 2007-ci ildə yaradılıb. Şirkətin səhmdarı Böyük Britaniyanın Nevis adalarında qeydiyyatdan keçmiş “GoldenPay International” şirkətidir. Goldenpay tərəfindən 2011-ci ilin aprel ayında “Hesab.az” onlayn ödəmə portalı istifadəyə verilib. 2025-ci ildə isə Goldenpay tərəfində Pulz e-cüzdan tətbiqi istifadəyə verildi. 17 iyul 2024-cü il tarixində AR Mərkəzi Bankı tərəfindən Goldenpay-ə Elektron Pul Təşkilatı lisenziyası verilib. TaglarGoldenPayPremium Bank Son xəbərlər Sığorta xəbərləri “PAŞA Sığorta” Vətən müharibəsi şəhidlərinin övladlarının “Məzun Günü”nə dəstək oldu 11/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda şadlıq sarayı bölündü – Yeni şirkət yarandı 11/06/2026 İqtisadiyyat Avropa Mərkəzi Bankı üç əsas faiz dərəcəsini 0,25 faiz bəndi artırıb 11/06/2026 Menecement (təyinatlar) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub 11/06/2026 Digər xəbərlər Sığorta xəbərləri “PAŞA Sığorta” Vətən müharibəsi şəhidlərinin övladlarının “Məzun Günü”nə dəstək oldu 11/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda şadlıq sarayı bölündü – Yeni şirkət yarandı 11/06/2026 İqtisadiyyat Avropa Mərkəzi Bankı üç əsas faiz dərəcəsini 0,25 faiz bəndi artırıb 11/06/2026 Menecement (təyinatlar) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub 11/06/2026