TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib Menecement (təyinatlar) 11/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Yüksəliş” müsabiqəsinin finalçısı, 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingem Universitetində “Səhiyyə siyasəti və idarəolunması” ixtisası üzrə təhsilini proqram birincisi kimi başa vuran Bahadur Məhərrəm oğlu Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib. B.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, İstanbul Universitetində təşkilatların idarəolunması üzrə magistr təhsili alıb. 2018–2019-cu illərdə Almaniyanın RWTH Aachen Universitetində liderlik və təşkilati səmərəliliyin artırılması mövzusunda elmi araşdırmalar aparıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Peşəkar fəaliyyəti ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri vəzifəsində çalışıb, reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və xidmətlərin idarə olunması istiqamətlərində fəaliyyət göstərib. Daha sonra həmin Agentliyin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb. Bahadur Rzayev səhiyyə menecmenti, tibbi xidmətlərin təşkili, səhiyyədə rəqəmsal həllərin tətbiqi, keyfiyyət idarəçiliyi və strateji planlaşdırma sahələrində ixtisaslaşıb. Yeni təyinatından əvvəl o, TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib. Son xəbərlər Sığorta xəbərləri “PAŞA Sığorta” Vətən müharibəsi şəhidlərinin övladlarının “Məzun Günü”nə dəstək oldu 11/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda şadlıq sarayı bölündü – Yeni şirkət yarandı 11/06/2026 İqtisadiyyat Avropa Mərkəzi Bankı üç əsas faiz dərəcəsini 0,25 faiz bəndi artırıb 11/06/2026 Menecement (təyinatlar) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub 11/06/2026 Digər xəbərlər Sığorta xəbərləri “PAŞA Sığorta” Vətən müharibəsi şəhidlərinin övladlarının “Məzun Günü”nə dəstək oldu 11/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda şadlıq sarayı bölündü – Yeni şirkət yarandı 11/06/2026 İqtisadiyyat Avropa Mərkəzi Bankı üç əsas faiz dərəcəsini 0,25 faiz bəndi artırıb 11/06/2026 Menecement (təyinatlar) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub 11/06/2026