“OpenAI” və “Visa” tərəfdaşlıq barədə razılığa gəlib — Ödəniş sistemi AI agentlərinin əməliyyatlarını emal edəcək və onların təhlükəsizliyinə cavabdeh olacaq Texnologiya xəbərləriXarici biznes xəbərləri 11/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “OpenAI” və “Visa” tərəfdaşlıq barədə razılığa gəlib. “Visa”nın bəyanatında bildirilir ki, ödəniş xidmətləri “OpenAI” məhsullarına inteqrasiya ediləcək. Bu, onlayn pərakəndə satıcılara süni intellekt agentləri tərəfindən həyata keçirilən ödənişləri qəbul etməyə imkan verəcək. Məsələn, istifadəçilər süni intellekt agentinə hesab ödəməyi və ya internet üzərindən məhsul almağı tapşıra biləcəklər. “The Wall Street Journal”ın qeyd etdiyi kimi, bu cür əməliyyatlar yalnız istifadəçinin icazəsi ilə, onun müəyyən etdiyi məhdudiyyətlər və xərc limitləri çərçivəsində həyata keçiriləcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Visa” şirkəti vurğulayır ki, bu ödənişlərin təhlükəsizliyinə məhz o cavabdeh olacaq. Şirkət əməliyyatları yoxlayacaq və mümkün dələduzluq hallarını izləyəcək. “OpenAI” ilə tərəfdaşlıq “Visa Intelligent Commerce” proqramının bir hissəsidir. “Bloomberg”in məlumatına görə, “Visa” bu proqram çərçivəsində həmçinin “Anthropic” və “Microsoft” ilə də əməkdaşlıq edir. “Visa” hesab edir ki, 2026-cı il “süni intellekt vasitəsilə alış-veriş ili” olacaq. 2025-ci ilin sentyabrında “OpenAI” “ChatGPT”yə məhsul alış-verişi funksiyasını əlavə etmişdi. Həmin ilin noyabrında isə şirkət məhsulların axtarışı və müqayisəsi üçün yeni alət təqdim etmişdi. TaglarOpenAIvisa Son xəbərlər Sığorta xəbərləri “PAŞA Sığorta” Vətən müharibəsi şəhidlərinin övladlarının “Məzun Günü”nə dəstək oldu 11/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda şadlıq sarayı bölündü – Yeni şirkət yarandı 11/06/2026 İqtisadiyyat Avropa Mərkəzi Bankı üç əsas faiz dərəcəsini 0,25 faiz bəndi artırıb 11/06/2026 Menecement (təyinatlar) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub 11/06/2026 Digər xəbərlər Sığorta xəbərləri “PAŞA Sığorta” Vətən müharibəsi şəhidlərinin övladlarının “Məzun Günü”nə dəstək oldu 11/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda şadlıq sarayı bölündü – Yeni şirkət yarandı 11/06/2026 İqtisadiyyat Avropa Mərkəzi Bankı üç əsas faiz dərəcəsini 0,25 faiz bəndi artırıb 11/06/2026 Menecement (təyinatlar) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub 11/06/2026