OPEC 2026-cı ildə qlobal neft tələbatının artımı üzrə proqnozunu aşağı salıb Neft və Qaz 11/06/2026 Paylaş FacebookXWhatsAppTelegram OPEC cari ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu aşağı salıb və artımın gündəlik 970 min barel səviyyəsində olacağını gözləyir. Bu barədə təşkilatın iyun hesabatında bildirilir. Dərc olunan məlumatlara əsasən, 2026-cı il üzrə tələbat artımı proqnozu may ayındakı gözləntilə müqayisədə gündəlik 200 min barel azaldılıb. May hesabatında bu göstərici 1,17 milyon barel idi.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə OPEC hesab edir ki, cari ildə qlobal neft tələbatı gündəlik 106,13 milyon barelə çata bilər. Bununla yanaşı, 2027-ci il üzrə qlobal neft tələbatının artımı proqnozu artırılıb. Təşkilat indi artımın gündəlik 1,73 milyon barel olacağını gözləyir. Əvvəlki proqnoz isə 1,54 milyon barel idi. Eyni zamanda, gələn il üçün ümumi qlobal neft tələbatı proqnozu əvvəlki hesabatla müqayisədə demək olar ki, dəyişməz qalıb və gündəlik 107,86 milyon barel səviyyəsində saxlanılıb. Xatırladaq ki, may ayında OPEC cari il üzrə qlobal neft tələbatının artımı proqnozunu gündəlik 200 min barel azaldaraq 1,2 milyon barelə endirmişdi. Təşkilat həmin vaxt 2026-cı ildə dünya üzrə ümumi neft istehlakının gündəlik 106,33 milyon barel olacağını proqnozlaşdırmışdı. 2027-ci il üzrə artım proqnozu isə 160 min barel yüksəldilərək gündəlik 1,5 milyon barelə çatdırılmışdı. OPEC həmin vaxt dünya üzrə neft tələbatının gündəlik 107,87 milyon barelə yüksələcəyini gözləyirdi. TaglarneftOPEC+ Son xəbərlər Sığorta xəbərləri “PAŞA Sığorta” Vətən müharibəsi şəhidlərinin övladlarının “Məzun Günü”nə dəstək oldu 11/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda şadlıq sarayı bölündü – Yeni şirkət yarandı 11/06/2026 İqtisadiyyat Avropa Mərkəzi Bankı üç əsas faiz dərəcəsini 0,25 faiz bəndi artırıb 11/06/2026 Menecement (təyinatlar) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub 11/06/2026 Digər xəbərlər Sığorta xəbərləri “PAŞA Sığorta” Vətən müharibəsi şəhidlərinin övladlarının “Məzun Günü”nə dəstək oldu 11/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda şadlıq sarayı bölündü – Yeni şirkət yarandı 11/06/2026 İqtisadiyyat Avropa Mərkəzi Bankı üç əsas faiz dərəcəsini 0,25 faiz bəndi artırıb 11/06/2026 Menecement (təyinatlar) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub 11/06/2026