Əli Əsədov iclas keçirdi, yeni qərar qəbul edildi Ölkə daxili 11/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İyunun 11-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, iclasın gündəliyində Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər, həlli vacib infrastruktur məsələləri, strateji baxış və inkişaf perspektivləri, eləcə də xidmət sektorunun iqtisadi artımda rolu və inkişaf potensialı, xidmət sektorunda müəyyən edilmiş prioritet istiqamətlər və təkliflər və digər cari məsələlər ətraflı müzakirə olunub. Gündəlikdə olan məsələlər üzrə Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdimatları dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov çıxış ediblər. İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təkliflər nəzərə alınmaqla müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib. Son xəbərlər Neft və Qaz Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir 11/06/2026 Neft və Qaz OPEC 2026-cı ildə qlobal neft tələbatının artımı üzrə proqnozunu aşağı salıb 11/06/2026 Sığorta xəbərləri “PAŞA Sığorta” Vətən müharibəsi şəhidlərinin övladlarının “Məzun Günü”nə dəstək oldu 11/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda şadlıq sarayı bölündü – Yeni şirkət yarandı 11/06/2026 Digər xəbərlər Neft və Qaz Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir 11/06/2026 Neft və Qaz OPEC 2026-cı ildə qlobal neft tələbatının artımı üzrə proqnozunu aşağı salıb 11/06/2026 Sığorta xəbərləri “PAŞA Sığorta” Vətən müharibəsi şəhidlərinin övladlarının “Məzun Günü”nə dəstək oldu 11/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda şadlıq sarayı bölündü – Yeni şirkət yarandı 11/06/2026