Müharibə başlayandan bəri BƏƏ və İran arasında ilk danışıqlar aparılıb Ölkə xarici 11/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İranın milli təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksəkvəzifəli nümayəndələri ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan bəri ilk dəfə görüş keçiriblər. Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Agentliyin məlumatına görə, bu həftə baş tutan danışıqlar hər iki tərəfin daha sabit ikitərəfli münasibətlərə ehtiyac olduğunu dərk etməsi fonunda mümkün deeskalasiyaya dair diqqətçəkən bir siqnal olub. Qeyd olunur ki, təşəbbüs əsasən gərginliyi azaltmağa və Tehranla dialoqu bərpa etməyə çalışan Əbu-Dabidən gəlib. Mənbələr vurğulayır ki, hazırda BƏƏ hakimiyyəti diqqəti öz iqtisadiyyatı və milli təhlükəsizliyi üçün risklərin minimuma endirilməsinə yönəldib. Bildirilib ki, bu yanaşma Əbu-Dabinin münaqişənin ilkin mərhələlərində tutduğu daha sərt mövqeyə ziddir. MənbəREPORT Taglarİran-BƏƏ Son xəbərlər Aqrarbiznes Heyvandarlıq sahəsində fermerlərə yeni güzəştlər tətbiq ediləcək 11/06/2026 Ölkə daxili Azərbaycanda yeni zavod tikiləcək 11/06/2026 Aqrarbiznes Azərbaycanda qoyunçuluq aqroparkı yaradılacaq 11/06/2026 Neft və Qaz Dünya Bankı “Brent” neftinin orta qiymətini proqnozlaşdırıb 11/06/2026 Digər xəbərlər Aqrarbiznes Heyvandarlıq sahəsində fermerlərə yeni güzəştlər tətbiq ediləcək 11/06/2026 Ölkə daxili Azərbaycanda yeni zavod tikiləcək 11/06/2026 Aqrarbiznes Azərbaycanda qoyunçuluq aqroparkı yaradılacaq 11/06/2026 Neft və Qaz Dünya Bankı “Brent” neftinin orta qiymətini proqnozlaşdırıb 11/06/2026