Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib İnvestisiya 11/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropa İttifaqının Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 200 milyard dolları keçib. Bu məlumatları Baş nazir Oljas Bektenov “Qazaxıstan-Aİ” Dialoq Platformasının 19-cu iclasında təqdim edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hökumətin məlumatına görə, hazırda Qazaxıstanın xarici ticarətinin 30 faizindən çoxu Aİ-nin payına düşür. Ötən ilin yekunlarına görə Qazaxıstanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 45,2 milyard dollar təşkil edib. Bu ilin ilk dörd ayında qarşılıqlı ticarətin həcmi 12,4 milyard dollara çatıb, Qazaxıstanın ixracı isə 9,27 milyard dollar təşkil edib. O.Bektenov vurğulayıb ki, Qazaxıstan enerji təhlükəsizliyi, sənaye əməkdaşlığı və nəqliyyat əlaqələrinin inkişafı məsələlərində Aİ-nin etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşı olaraq qalır. İclas zamanı investisiya mühiti, texniki standartların və tənzimləyici yanaşmaların uyğunlaşdırılması, gömrük inzibatçılığı və geoloji kəşfiyyat, kritik vacib mineral ehtiyatlar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. İclas Avropa ölkələrindən olan diplomatik missiyaların rəhbərləri, iri beynəlxalq biznes assosiasiyaları və şirkət nümayəndələrinin iştirakı ilə keçib. MənbəAZƏRTAC TaglarAvropa İttifaqı (Aİ)İnvestisiyaQazaxıstan Son xəbərlər Aqrarbiznes Heyvandarlıq sahəsində fermerlərə yeni güzəştlər tətbiq ediləcək 11/06/2026 Ölkə daxili Azərbaycanda yeni zavod tikiləcək 11/06/2026 Aqrarbiznes Azərbaycanda qoyunçuluq aqroparkı yaradılacaq 11/06/2026 Neft və Qaz Dünya Bankı “Brent” neftinin orta qiymətini proqnozlaşdırıb 11/06/2026 Digər xəbərlər Aqrarbiznes Heyvandarlıq sahəsində fermerlərə yeni güzəştlər tətbiq ediləcək 11/06/2026 Ölkə daxili Azərbaycanda yeni zavod tikiləcək 11/06/2026 Aqrarbiznes Azərbaycanda qoyunçuluq aqroparkı yaradılacaq 11/06/2026 Neft və Qaz Dünya Bankı “Brent” neftinin orta qiymətini proqnozlaşdırıb 11/06/2026