Broadcom-un zəif proqnozu Nvidia, AMD, Micron və Qualcomm səhmlərini ucuzlaşdırıb Kapital bazarı 11/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Nvidia dünyanın ən bahalı şirkəti olaraq qalır — onun bazar kapitallaşması 5 trilyon dollardan çoxdur. Lakin fond bazarının daha bir sevimlisi olan Broadcom-un gözləntilərdən zəif proqnozu investorların süni intellekt sektoruna inamını sarsıdıb. İnvestorlar süni intellektlə məşğul olan şirkətlərin yüksək qiymətləndirilməsinə getdikcə daha ehtiyatla yanaşırlar. Broadcom-un “günahı” ondan ibarətdir ki, şirkət öz proqnozunda üçüncü rübdə süni intellekt sistemləri üçün 16 milyard dollar məbləğində çip satmaq niyyətində olduğunu göstərib. Halbuki Uoll-strit analitikləri 17.2 milyard dollar gözləyirdilər. Bu, Nvidia-nın daha güclü məhsullara malik olması barədə ehtimalları gücləndirə bilərdi — xüsusilə də tədarükdə aylarla, hətta illərlə ölçülən gecikmələr fonunda.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Lakin bazar fərqli reaksiya verib: iki ticarət sessiyası ərzində Broadcom səhmləri birdən-birə 19% ucuzlaşıb. AMD, Micron və Qualcomm səhmləri 9%-dən çox dəyər itirib. Nvidia qiymətli kağızları isə 6% ucuzlaşıb ki, bu da şirkətin bazar kapitallaşmasının təxminən 330 milyard dollar azalması deməkdir. Nvidia üçün əlavə mənfi amillər sırasında ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artıra biləcəyi ilə bağlı narahatlıqlar, əlverişsiz makroiqtisadi proseslər və Çinə çip satışları ilə bağlı Senatda keçiriləcək dinləmələr var. Nvidia səhmləri bazardakı ümumi tendensiyalar səbəbindən də enməkdə davam edir: artıq sabah SpaceX şirkətinin birjaya çıxışı baş tutacaq. Nvidia illik mənfəət hesabatını 2026-cı il avqustun 26-da təqdim edəcək. İnvestorlar şirkəti süni intellekt sektorunun əsas dayağı hesab etməyə davam edirlər və onun maliyyə göstəriciləri bütün sektora, eləcə də kapital sahiblərinin əhvali-ruhiyyəsinə təsir göstərir. Bu əhvali-ruhiyyə isə öz növbəsində süni intellektə gələcəkdə milyardlarla, hətta trilyonlarla ölçülə biləcək investisiyalara təsir edə bilər. Süni intellekt artımını davam etdirmək üçün getdikcə daha çox sürətləndirici tələb edir — hətta Çin rəqiblərinin bu bazardan özlərinə kifayət qədər böyük pay götürməyə davam etməsinə baxmayaraq. TaglarAMDBroadcomMicronNvidiaQualcomm Son xəbərlər Aqrarbiznes Heyvandarlıq sahəsində fermerlərə yeni güzəştlər tətbiq ediləcək 11/06/2026 Ölkə daxili Azərbaycanda yeni zavod tikiləcək 11/06/2026 Aqrarbiznes Azərbaycanda qoyunçuluq aqroparkı yaradılacaq 11/06/2026 Neft və Qaz Dünya Bankı “Brent” neftinin orta qiymətini proqnozlaşdırıb 11/06/2026 Digər xəbərlər Aqrarbiznes Heyvandarlıq sahəsində fermerlərə yeni güzəştlər tətbiq ediləcək 11/06/2026 Ölkə daxili Azərbaycanda yeni zavod tikiləcək 11/06/2026 Aqrarbiznes Azərbaycanda qoyunçuluq aqroparkı yaradılacaq 11/06/2026 Neft və Qaz Dünya Bankı “Brent” neftinin orta qiymətini proqnozlaşdırıb 11/06/2026