Azərbaycanda aqrar sahənin inkişafı üçün 5 milyard manat cəlb ediləcək Aqrarbiznes 11/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasına 5 milyard manat ayrılması nəzərdə tutulur. Bunu “Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin ictimai müzakirəsində QHT Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, proqramın maliyyə təminatı çərçivəsində dövlət tərəfindən 2 milyard manat vəsait ayrılması, əlavə 3 milyard manatın isə özəl sektordan cəlb olunması nəzərdə tutulur: “Bu baxımdan dövlət-özəl tərəfdaşlığı mexanizmləri yenidən ön plana çıxır. Sahə üzrə təcrübəyə malik ekspertlərin və mütəxəssislərin rəy və təkliflərinin nəzərə alınması da mühüm əhəmiyyət daşıyır”. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin potensialından istifadə məsələsi xüsusi diqqət çəkir: “Ölkənin ümumi su ehtiyatlarının 25 %-i Qarabağ və Şərqi Zəngəzurda cəmləşib. Bu resursların dövriyyəyə cəlb olunması, yeni 10 su anbarının tikilməsi və mövcud su anbarlarının müasirləşdirilməsi aqrar sahədə suvarılan torpaq sahələrinin 300 min hektara çatdırılmasına imkan verəcək. Hazırda bu göstərici həmin hədəfin yarısından da azdır. Bu, son dərəcə vacib məqsəddir. Çünki müasir aqrar sistemin formalaşdırılmasında suvarma əsas amillərdən biri hesab olunur”. R. Nəbiyev vurğulayıb ki, digər mühüm istiqamət rəqəmsallaşmanın genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi və bu sahədə inkişaf etmiş ölkələrlə təcrübə mübadiləsinin gücləndirilməsidir: “Bütün bu addımlar iqtisadiyyatın inkişafına və iqtisadi suverenliyin daha da möhkəmləndirilməsinə xidmət edir”. MənbəREPORT Taglaraqrar sahəRizvan Nəbiyev Son xəbərlər Aqrarbiznes Heyvandarlıq sahəsində fermerlərə yeni güzəştlər tətbiq ediləcək 11/06/2026 Ölkə daxili Azərbaycanda yeni zavod tikiləcək 11/06/2026 Aqrarbiznes Azərbaycanda qoyunçuluq aqroparkı yaradılacaq 11/06/2026 Neft və Qaz Dünya Bankı “Brent” neftinin orta qiymətini proqnozlaşdırıb 11/06/2026 Digər xəbərlər Aqrarbiznes Heyvandarlıq sahəsində fermerlərə yeni güzəştlər tətbiq ediləcək 11/06/2026 Ölkə daxili Azərbaycanda yeni zavod tikiləcək 11/06/2026 Aqrarbiznes Azərbaycanda qoyunçuluq aqroparkı yaradılacaq 11/06/2026 Neft və Qaz Dünya Bankı “Brent” neftinin orta qiymətini proqnozlaşdırıb 11/06/2026