Tramp İrana planlaşdırılan zərbələrin ləğv edildiyini açıqlayıb Ölkə xarici 11/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran rəhbərliyi ilə aparılan müzakirələr ən yüksək səviyyədə yekunlaşdırılıb və tərəflər yekun razılaşmanı təsdiqləyiblər. Tramp bu barədə sosial şəbəkədə paylaşım edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “İran İslam Respublikası ilə müzakirələrin İran rəhbərliyinin ən yüksək səviyyəsində yekunlaşdırılması və təsdiqlənməsi faktını nəzərə alaraq, mən, Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi, bu axşam İrana qarşı planlaşdırılmış zərbələri və bombardmanları ləğv etmişəm”, – deyə o bildirib. ABŞ prezidentinin sözlərinə görə, müzakirələr və yekun razılaşma bütün detalları ilə razılaşdırılıb və prosesdə iştirak edən bütün tərəflər tərəfindən təsdiqlənib. Tramp qeyd edib ki, razılaşmanı ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digər ölkələr dəstəkləyib. O əlavə edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin tətbiq etdiyi blokada razılaşma tam yekunlaşana qədər qüvvədə qalacaq. “Razılaşma yekunlaşdırılıb. İmzalanma vaxtı və yeri yaxın zamanda açıqlanacaq”, – deyə Tramp vurğulayıb. MənbəAPA TaglarABŞ-İranDonald Tramp Son xəbərlər Ümumi iqtisadi xəbərlər Dünya Bankı Azərbaycanın 2026–2027-ci illər üzrə iqtisadi artım proqnozunu yaxşılaşdırıb 11/06/2026 Ölkə daxili Estoniyanın Azərbaycanda səfirliyi açılıb 11/06/2026 Aqrarbiznes Heyvandarlıq sahəsində fermerlərə yeni güzəştlər tətbiq ediləcək 11/06/2026 Ölkə daxili Azərbaycanda yeni zavod tikiləcək 11/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Dünya Bankı Azərbaycanın 2026–2027-ci illər üzrə iqtisadi artım proqnozunu yaxşılaşdırıb 11/06/2026 Ölkə daxili Estoniyanın Azərbaycanda səfirliyi açılıb 11/06/2026 Aqrarbiznes Heyvandarlıq sahəsində fermerlərə yeni güzəştlər tətbiq ediləcək 11/06/2026 Ölkə daxili Azərbaycanda yeni zavod tikiləcək 11/06/2026